Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

RUSİYADA QAFQAZLILARA QARŞI TERROR GÖZLƏNİLİR

Ekspert hesab edir ki, terrorçunun qafqazlı olması üzə çıxsa, vəziyyət qəlizləşə bilər

Moskvanın Domodedovo hava limanında yanvarın 24-də törədilmiş terror aktı Rusiyada millətçilərin yenidən fəallaşmasına səbəb olub. Bu dəfə onlara artıq rəsmi dairlərdən dəstək verildiyi bildirilir. 
Çünki terror törədən şəxsin qafqazlı olduğu güman edilir. Güclü partlayış kamikadzenin cəsətinin tanınmaz hala salıb. Ekspertizadan sonra onun kimliyini müəyyənləşdirmək mümkün olacaq. Əgər terrorçunun qafqazlı olduğu məlum olsa, o zaman Rusiyada onsuz da kövrək olan milli tolerantlıq daha da zəifləyə, başqa millətlərə qarşı aqressiyanı yüksəldə bilər.
Ekspert Sülhəddin Əkbərin sözlərinə görə, hər şey hüquq-mühafizə orqanlarının apardığı istintaqın nəticəsindən asılı olacaq: «Terrorçunun hansı millətə, qrupa aid olduğu üzə çıxsa, onlara qarşı ictimai rəydə mənfi fikir yaranacaq. Əlbətdə ki, son olay onsuz da zəif olan münasibətləri daha da gərginləşdirəcək. İstintaq yekunlaşandan sonra və Rusiyanın rəsmi mövqeyi bəlli olandan sonra hadisələrin növbəti gedişatı barədə məlumat vermək mümkün olacaq».

RAMİL






26 Yanvar, 2011  17:38 Baxılıb: 1955 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner