Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

EYNULLA FATULLAYEV: "ÖZÜMƏ ƏN AĞIR CƏZA İSTİYƏRDİM, ƏGƏR..."

“Qanımda narkotika aşkar olunsa, o zaman xalqdan üzr istəyəcəyəm”

Bu gün Bakı Apelyasiya Məhkəməsində “Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru Eynulla Fətullayevin məhkəməsi keçirilib. Simsar.az-a verdiyi xəbərə görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə E. Fətullayevin vəkili Anar Qasımov Fətullayevin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət qaldırıb. Lakin məhkəmə onun vəsatətini təmin etməyib.

E. Fətullayev özü də məhkəmədə vəsatətlə çıxış edib. O, yenidən ekspertizanın təyin olunmasını, onun üzərindən çıxdığı iddia edilən narkotik maddənin üzərindəki barmaq izlərinin və qanının yenidən ekspertizadan keçirilməsini istəyib: “Əgər həmin “sellafon”da mənim barmaq izlərim və qanımda narkotika aşkar olunsa, o zaman xalqdan üzr istəyəcəyəm və mənə də ən ağır cəza verilsin”. E. Fətullayevin bu vəsatəti də təmin edilməyib və bu zaman hakimlə onun arasında mübahisə yaranıb. Hakim E. Fətullayevə məhkəmənin müzakirə etdiyi mövzudan kənara çıxmamaqla bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, baş redaktor 2007-ci il aprelin 20-də həbs edilib. O, 2005-ci ildə yazdığı “Qarabağ gündəliyi” adlı silsilə yazılarında Xocalı sakinlərini təhqir etməkdə günahlandırılıb və ona 2 il 6 ay həbs cəzası verilib. Daha sonra ona əlavə ittihamlarla 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 2009-cu il dekabrın 30-da isə 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan E. Fətullayevin üzərində 0,223 qram həcmində heroin aşkarlanıb. Bu iş üzrə onun 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.

Ötən ilin aprel ayının 22-də isə Avropa İnsan Hüquqları üzrə Avropa Məhkəməsi həbsdə olan jurnalist Eynulla Fətullayevin Azərbaycana qarşı şikayətinə baxıb. Avropa Məhkəməsi E. Fətullayevin dərhal azadlığa buraxılması barədə qərar çıxarıb.






25 Yanvar, 2011  22:08 Baxılıb: 2077 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner