Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

BƏTİYAR HACIYEVİN DİNDİRİLMƏSİNDƏ QANUN POZUNTUSU?

ONUN HÜQUQLARINI MÜDAFİƏ EDƏNLƏR VƏKİLİN PROSESDƏ İŞTİRAK ETMƏDİYİNİ DEYİR

Yanvarın 25-də səhər keçmiş deputatlığa namizəd Bəxtiyar Hacıyev Gəncə şəhər prokurorluğuna çağırılıb. Burada o, hərbi xidmətdən yayınma ittihamı ilə barəsində açılmış cinayət işi ilə bağlı ifadə verir. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun ofisində keçirilən bugünki mətbuat konfransında onun nümayəndəsi Rail Abbasov məlumat verib.
O xatırladıb ki, 2010-cu ilin noyabrında Bəxtiyar Hacıyev doktoranturada təhsil almaq üçün Gürcüstana səfər edərkən sərhəddə Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıb. Sərhədçilər ona ölkədən tərk etməsinin qadağal edildiyini bildiriblər. İkinci dəfə onu bu il yanvarın 24-də doktoranturada təhsil alması haqqında sənədləri almaq üçün Gürcüstana gedərkən sərhəddə saxlayıblar. Bu sənəd hərbi xidmətdən möhlət vaxtının uzadılması üçün lazım idi. İndi artıq hüquq-mühafizə orqanlarının əlində Hacıyevə qarşı bu ittihamı irəli sürmək üçün bəhanə var.
Orduya çağırış müddəti yanvarın 31-də başa çatacaq, bundan sonra Bəxtiyar Hacıyevi həbs edərək, ona qarşı cinayət işi açmaq yox, sadəcə hərbi xidmətə göndərmək olardı. Belə çıxır ki, hüquq-mühafizə orqanları məhz onu mühakimə etməyə çalışırlar.
Hacıyev vəkilsiz dindirilir ki, bu da qanunsuzdur, deyə Rail Abbasov bildirib.
Ölkə qanunlarına əsasən, təhsil alan istənilən gənc təhsil müddəti ərzində hərbi xidmətdən möhlət ala bilər. Buna görə Hacıyevin həbsinin sifariş olduğunu düşünmək üçün əsas var.
Rail Abbasov həmçinin bildirib ki, Bəxtiyar Hacıyev ilk dəfə Azərbaycan-Gürcüstan sərhədində saxlandıqdan sonra Səbail rayon məhkəməsinə sərhədçilərə qarşı iddia ərizəsi ilə müraciət etmişdi. Ərizəyə yanvarın 19-da baxılmalı idi, lakin Sərhəd Xidməti nümayəndələri prosesə gəlmədiyi üçün məhkəmə yanvarın 31-nə qədər təxirə salındı.
Qeyd edək ki, Bəxtiyar Hacıyev 2007-2009-cu illərdə Harvardda təhsil alıb. Daha bir il ABŞ-da işləyib. Azərbaycana qayıtdıqdan sonra o, parlament seçkilərində iştirak etmək qərarına gəlib, belə ki, ölkə üçün faydalı iş görmək üçün ideyaları və istəyi var idi. Lakin seçki ərəfəsində onun mətbuat konfranslarında tənqidi çıxışları, çox güman ki, diqqətdən yayınmayıb.






25 Yanvar, 2011  21:54 Baxılıb: 2097 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner