Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

OĞLU ÖLDÜRÜLƏN ANANIN HAYQIRTISI

Elvin Əsgərovun anasi oğlunun ölümündə polisi ittiham edir

«Oğlum Elvin Əsgərovun ölümü ilə bağlı işin sonuna qədər gedəcəyəm». Bu barədə bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun ofisində keçirilən mətbuat konfransında E.Əsgərovun anası Roza Rəfiyeva bildirib.
O, oğlunun məhkumluğu olması barədə KİV-də yayılmış məlumatı tamamilə inkar edib. O, həmçinin yanvarın 12-dən 13-nə keçən gecə baş verənlər barədə DİN-in versiyasını da təkzib edib.
Onun sözlərinə görə, Elvin Moskvadan gəlmiş dostu Məmməd Cəfərov və onun qardaşı Anarla «Neon» restoranının həyətində görüşüb. Onlar restorana daxil olmayıblar, sadəcə həyətdə görüşüblər, söhbət ediblər və bərkdən gülüblər. Həmin vaxt çevik polis alayından üç polis onlara yaxınlaşaraq, səs-küylü davranışlarının səbəbini soruşub və daha sonra sənədlərini tələb edib. Polis Məmmədi saxlamağı qərara alıb və bu zaman Elvin və Anar müdaxilə ediblər. Onlar polisləri Məmmədi saxlamamaq üçün razılaşdırma çalışıblar. Bu vaxt polislərdən biri Elvini söyüb, o da eyni şəkildə cavab verib. Bundan sonra polislər onları dəyənəklə döyməyə başlayıblar və daha üç polis maşını onların köməyinə gəlib. Elvini 8 polis döyüb. Bütün bunlar iki şahidin – Cəfərov qardaşlarının gözü qarşısında baş verib.
«Elvinin bıçağı olmayıb və o, heç kimi vurmayıb. Bütün bunları polis törətdiyi cinayəti ört-basdır etmək üçün uydurub», deyə Roza Rəfiyeva bildirib. 6 saylı təcili yardım şöbəsində də Elvini döyüblər, 24 saylı polis bölməsinə isə artıq onun meyitini gətiriblər. Oradan onu 3 saylı xəstəxanaya aparıblar.
Ananın sözlərinə görə, məhkəmə-tibbi ekspertiza keçirilib, lakin ekspertizanın rəyi hələlik ona təqdim edilməyib.
Mətbuat konfransında iştirak edən hüquq müdafiəsiçi Vidadi İsgəndərov bildirib ki, çevik polis alayı əməkdaşları küçədə keşik çəkmək və sənədləri yoxlamaq, xüsusən də hüquqazidd hərəkəti olmayan vətəndaşları döymək səlahiyyətində deyillər. Bu, postpatrul xidmətinin vəzifəsidir.
Onun sözlərinə görə, qətl göz önündədir və mərhumun anası oğlunun vəhşicəsinə öldürüldüyünü sübut etmək üçün onun cəsədinin ekshümasiyasına hazırdır.
Elvinin ölümündən dərhal sonra 315-ci maddə (hakimiyyət nümayəndələrinə müqavimət göstərmək) maddəsi ilə cinayət işi açılıb. Bu, Cəfərov qardaşlarına qarşı təzyiqdir, onlar artıq ilkin ifadələrini dəyişiblər, deyə İsgəndərov bildirib.
«Mən iqtidar adamıyam və inanıram ki, yuxarıdakılar bu işi araşdıracaq və günahkarları cəzalandıracaq», deyə Roza Rəfiyeva bildirib və oğlunun da «Yeni Azərbaycan» partiyasının üzvü olduğunu əlavə edib. O qeyd edib ki, ombudsmana, DİN rəhbərinə, baş prokurora, MTN rəhbərliyinə, birinci xanıma və dövlət başçısına müraciət göndərib.
Qeyd edək ki, DİN nümayəndələri 31 yaşlı Elvin Əsgərovun əvvəllər məhkum olunduğunu və «kriminal avtoritet» olduğunu iddia edirdilər. Onun ölümünün səbəblərinə gəlincə, polis bununla bağlı ağlabatan cavab verə bilmir.






25 Yanvar, 2011  21:54 Baxılıb: 2084 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner