Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

BİR REKLAMLA EV ALMAQ OLAR?- ARAŞDIRMA

Hər hansı bir məhsulun tanıdılması üçün müxtəlif reklamlardan istifadə olunur. Amma bu reklamlar bəzən aldadıcı xarakter daşıyır. İnsanları aldadan reklamçılar sırasında tikinti şirkətləri də yer alır

Öz aldadıcı reklamları ilə insanları “tələyə salan” şirkətlər, aldadılmış və hüquqları pozulmuş vətəndaşlar haqqında kiçik bir araşdırma apardıq. 

Araşdırmamız zamanı ortaya belə bir sual çıxdı: aldadılan vətəndaşlar hüquqlarını necə müdafiə edə bilərlər və yaxud onların hüquqları hər hansı qanunla tənzimlənirmi?

Son dövrlər KİV-də və televiziyalarda tikinti şirkətlərinin bir-birindən cazibədar reklamları yer almaqdadı. Bu reklamlara baxdıqda insana elə təsir bağışlayır ki, sanki mənzil almaq evə bazarlıq etmək kimidir. Reklamlara baxdıqca o qədər həvəsləndim ki, ev almaq niyyətinə düşdüm.

Reklamlar

Şok endirim. Masazırda 2 otaqlı ev 18000 manata. İlkin ödənişsiz faizsiz kreditlə....

Akkorddan yenilik: Abşeron gənclər şəhərciyində ev alanlara super təklif. Artıq bizdə faizsiz kreditlə və Abşeronda 11000, Şəhərdə 21000, mərkəzdə 31000 manatdan başlayan qiymətlərlə evə sahib ol.

Reklamlar başqa şey deyir, şirkətlər başqa

Reklam verən tikinti şirkətləri ilə ev almaq adı ilə əlaqə saxladıqda aydın oldu ki, ilkin ödəniş də var, kerdit də faizlə verilir. Reklamda şərtlər başqadır. Bütün şərtlər açıq yazılmır. Məsələn: Arayışsız, zaminsiz krediti sözləri şərtidi. Əslində isə, arayış da tələb olunur, zamin də. Hələ üstəlik ilkin ödəniş də. İnsanların diqqətini çəkmək üçün, reklamlarda bu şərtlər yer almır. Buna görə də, insanlar arasında reklamlara və tikinti şirkətlərinə olan inam azalır.

Tikinti şirkətləri ev alma şərtləri, reklamda göstəriləndən 180 dərəcə fərqlənir. “Akkord”, “ Yeni Həyat” kimi tikinti firmalar aldadıcı reklamlardan istifadə edirlər.

Bəs aldadıcı reklamdan istifadə edənlər hansı hüquqi məsuliyyət daşıyırlar?

Hüquqşünas Müzəffər Baxışov Simsar.az-a bildirib ki, aldadıcı reklamlar haqqında məsuliyyətin nəzərdə tutulmasına baxmayaraq, cəlbedilmə halları yox səviyyəsindədi: “Azərbaycanda Hüquq mühafizə orqanları öz vəzifələrini düzgün yerinə yetirmirlər. Həmin tikinti şirkətləri, bir sıra banklar, digər hüquqi şəxslər tərəfindən reklam qanunvericiliyinin kobud pozuntularına yol verirlər. Bu da əslində dəymiş ziyanın miqdarından asılı olaraq, müəyyən olunur. Həmin qanunu pozmuş şəxslər 2000 manata qədər ziyan vururlarsa, inzibati məsuliyyətə, 2000 manatdan yuxarı ziyan vururlarsa, Azərbaycan Respublikasının cinayət məcəlləsinin müddəalarına əsasən, cinayət məsuliyətinə cəlb olunmalıdırlar. Əgər statistikanı yoxlasaq görərik ki, reklam haqqında qanunvericiliyi pozan şəxslər məsuliyyətə cəlb edilmirlər. Bütün bunlar da özbaşınalığa gətirib çıxarır. Vətəndaşlar onlara dəymiş ziyanla bağlı hüquq mühafizə orqanlarına müraciət edə bilərlər. Yalançı reklama inanaraq, zərər çəkmiş şəxs Dəymiş ziyanın miqdarından asılı olaraq qanunvericiliyin tələblərinə uyğun olmayan reklam verən hüquqi şəxslərin inzibati və cinayət məsuliyyətinə cəlb edilməsini tələb edə bilər. Həmin qanunvericiliyin tələblərində göstərilir ki, qanunun pozulması zamanı şəxsə maddi ziyan dəyirsə, ziyanın qarşılığı ödənilməlidi. Konkret bir şəxs reklama aldanaraq, 500 km-lik məsafədən Bakıya gəlibsə, buna görə çəkilən nəqliyyat xərci, yaxud da yemək xərclərini sənəd əsasında təqdim etməklə, həmin reklamı sifariş verən şirkətdən ona dəymiş ziyanın ödənilməsini tələb edə bilər.

İqtisadçı ekspert Rövşən Ağayev bu məsələyə iqtisadi tərəfdən yanaşmanın düzgün olmadığını bildirib: “İnsanların aldadılması məsuliyyət məsələsidi, aldadılmış vətəndaşların hüquq-mühafizə orqanlarına müraciət etməsini tövsiyə edirəm.Vətəndaşların öz hüquqlarından bixəbər olması, belə halların çoxalmasına gətirib çıxarır”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu gün tikinti şirkətlərindən istehlakçıların aldadılması məsələsinin önə çəkildiyini bildirib: “Endirim, faizsiz, uzunmüddətli kredit adı altında insanlar aldadıcı kampaniyalara cəlb olunur. İstahlakçılar aldadılır, hüquqları pozulur. Bu şəkildə bizə gələn şikayətlərin araşdırılması göstərir ki, istehlakçılardan pul alınır, onun yerinə saxta sənəd verirlər. Sonuncu dəfə gələn şikayətə əsasən, tikinti şirkətinin vətəndaşlardan külli-miqdarda pul alıb, tikintini yarımçıq qoyması şikayəti var. İstehlakçılara sayt vasitəsilə tövsiyə edirəm ki, belə bir iş görmək istərkən, mütləq verdikləri pulların qarşılığında, üzərində VÖEN-i olan rəsmi sənədlər alsınlar. Sənədlərini qanunun tələblərinə uyğun şəkildə alsınlar ki, aldanmasınlar”.
E.Hüseynov onu da bildirib ki, Azad İstehlakçılar Birliyinə gələn şikayətlər ya həll edilir, ya da dövlət orqanlarına göndərilir”.

Turanə Zeynallı






19 Aprel, 2013  14:55 Baxılıb: 3782 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner