Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

BAKI TƏHSİL İDARƏSİNDƏN ŞOK AÇIQLAMA

“Nardaranlılar xarici dövlətin təsiri altındadırlar, onlarla ayrıca plan üzrə işləyəcəyik”

Bakıda məktəbə hicabla gələn şagirdlərin təxminən 200-ü hələ də dərslərdə iştirak etmir. Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəis müavini Məhəmməd Bayramov bildirib. Onun sözlərinə görə, ötən ilin sonunadək Bakının orta məktəblərində dərsə hicabla gələn təxminən 1000 şagirdin 60 faizi məktəbli formasına keçib. Yeni ilə qədər artıq 600-dən çox şagird məktəbli formasına keçərək dərsə gəlməyə başlayıb: “Tətildən sonra da bu istiqamətdə irəliləyiş var, lakin statistikasını əldə etməmişik. Nardaran istisna olmaqla, bu işi bitmiş hesab etmək olar. Əsas problem Nardarandadır. Bu kəndin orta məktəbinin 100-110 hicablı şagirdi hazırda məktəbə gəlmir. Təxminən elə bu qədər də şagird Bakının digər məktəblərinin payına düşür. Nardarandan başqa, Bakının cəmi 5-10 məktəbinin hər birində bir neçə uşaq da hələ dərsə gəlmir. Həmin şagirdlər ya axund, ya da mollanın uşağıdır. Onlarla izahat aparmaq o qədər də asan deyil”.

M. Bayramov deyib ki, məktəblərin tərbiyə işləri üzrə müavinləri, sinif rəhbərləri, psixoloqlar evlərə gedərək izahat işləri aparırlar.

İdarə rəsmisinin sözlərinə görə, yaxın günlərdə bu məsələnin həlli tam başa çatacaq: “Nardaran məktəbinin direktoru da, müəllimləri də nardaranlı olduqlarına görə bu prosesə lazımınca qoşula bilmirlər. Bu baxımdan çətinliyimiz var. Nardaranlılarla tam ayrıca plan üzrə işləyəcəyik. Hesab edirik ki, onlar xarici dövlətin təsiri altındadırlar. Onların üçün bütün dövlətçiliyimiz o qədər də vacib deyil”.

M. Bayramov bu məsələdə uşaqların hüquqlarının pozulmasından söhbət belə getmədiyini də xatırladıb: “Məktəb yalnız tələb edir ki, şagird qaydalara uyğun olaraq məktəbli formasında dərsə gəlsin. Məktəb onlara deyir ki, başını aç, dərsə gəl. Məktəb onlara “çıx get” demir”.

Dərsə gəlməyən şagirdlər təbii ki, zəifləyəcəklər. Buna görə də onlar keçən proqramları öyrənməlidirlər. Bu üçün məktəblərdə əlavə məşğələlər də təşkil edilə bilər.

RAMİL






25 Yanvar, 2011  20:20 Baxılıb: 2629 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54






sagbanner