Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

DEPUTAT ÖZÜNÜ YANDIRANI GÜNAHGAR ÇIXARDI

Rafiq Məmmədhəsənov Gədəbəydəki ailə faciəsinə belə qiymət verdi

«Gədəbəyin Zamanlı kənd sakini Ədalət Hüseynovun özünü və ailəsini yandırmasını siyasiləşdirmək düzgün deyil. Günah Ədalətin özündə olub ki, gedib qanunsuz ağac qırıb. Milli Məclis ağacların qanunsuz qırılmasını qadağan edib. Amma mərhum Ədalət Hüseynov bizim qanunlara qarşı çıxıb».
Bu sözləri Gədəbəyin deputatı Rafiq Məmmədhəsənov «Simsar.az»a açıqlamasında bildirib.
Qey dedək ki, yanvarın 2-də Gədəbəyin Zamanlı kəndində yaşayan Hüseynov Ədalət Razim oğlu özünü və ailəsini yaşadığı mənzildə yandırmışdı. Ədalət Hüseynov, həyat yoldaşı Hakimə Hüseynova, azyaşlı övladları Tural və Tapdıq Hüseynovlar ağır yanıq xəsarətləri ilə əvvəlcə Gədəbəy rayon xəstəxanasına, oradan isə Gəncədəki xəstəxanalardan birinə çatdırılıblar. Vəziyyətləri ağır olduğuna görə Ədalət Hüseynov və övladları elə həmin gün - yanvarın 20-də Bakıdakı 5 saylı Kilinki Xəstəxanaya gətiriliblər. Ədalət Hüseynov yanvarın 21-i xəstəxanada dünyasını dəyişib. Ədalət Hüseynovun bu addımına səbəb isə Gədəbəy Rayon Polis Şöbəsi, Meşə Mühafizəsi və Bərpası Müəssisəsi əməkdaşlarının təzyiqlərindən bezməsi olub.
Amma Rafiq Məmmədhəsənov deyilənlərlə razılaşmır.
«Mən polis rəisilə danışmışam. O mənə dedi ki, Ədalətə heç bir təzyiq-filan olmayıb. Onun işi məhkəmədə olub. Qanunsuz ağac qırıb və cərimə olunub. Ağac qırmısansa cəriməsini ödəməlisən də. Ailəni niyə yandırırsan? Görünür əsəbləri yerində olmayıb. Mən uşaqlara tapşırmışam ki, mərhumun ailəsinə hər cür köməklik göstərsinlər».
R.Məmmədhəsənov deyir ki, müxalifət mətbuatı Ə.Hüseynovun özünü və ailəsini yandırmasını siyasiləşdirir: «Məsələni siyasiləşdirmək və ya polis, məmur özbaşnalığı kimi qiymətləndirmək doğru deyil. Bu bir ailənin faciəsidir».
R.Məmmədhəsənovdan fərqli olaraq Gədəbəyin keçmiş deputatı Nazim Məmmədov təəssüflə bildirib ki, Gədəbəydə bu tipli hadisələr təkrar olunur: «Görünür, burada polis şöbəsinin kadr problemi var. Mən bu ailəyə baş çəkdim. Müəyyən qədər maddi köməklik göstərmişəm. Oğlunun vəziyyəti kritikdir. Xanımı ilə söhbət elədim. Bu ailə məmur özbaşınalığının qurbanı olub».

N.Məmmədovun sözlərinə görə, əhalini meşəni qırmaqda günahlandırmaq doğru deyil: «Ucqar dağ kəndləridir. Nə qədər ki, təbii qaz çəkilməyib, insanlar odun doğramağa məcburdurlar».

R.XƏLİL






25 Yanvar, 2011  19:24 Baxılıb: 3343 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54






sagbanner