Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Vergi Məcəlləsinə ciddi dəyişikliklər hazırlanır

Bu il Azərbaycanda Vergi Məcəlləsinə ciddi və əhəmiyyətli dəyişikliklərin edilməsi gözlənilir.

2011-ci ilin dövlət büdcəsinin təsdiqlənməsi barədə dövlət başçısının fərmanındakı tapşırıqlarla əlaqədardır, həm də ümumilikdə ölkə iqtisadiyyatında yaranmış vəziyyətlə əlaqədar məcəlləyə dəyişikliklər və əlavələrin edilməsinə zərurət yaranıb: “Dövlət başçısının elan etdiyi kimi, Azərbaycanda keçid dövrü başa çatıb, ölkəmiz artıq həyat səviyyəsinə görə orta kateqoriyalı ölkələr sırasına daxil olub. Bu həm də vergi inzibatçılığı və qanunvericiliyinin təkmilləşdirilməsi ilə müşayiət olunmalıdır”.

N.Əmirovun sözlərinə görə, qarşıdakı 10 il üçün ölkə qarşısında bəzi hədəflər qoyulub: “Həm bu hədəflərin tənzimlənməsi, həm də nəzarətin artırılması baxımından vergi qanunvericiliyinin dəyişdirilməsi aktualdır”.

Bununla bağlı olaraq bu il Vergi Məcəlləsinə əvvəlki illərdən fərqli olaraq çox ciddi dəyişikliklərin edilməsi barədə təkliflər hazırlanır: “Bu dəyişikliklər detallı şəkildə hökumətdə müzakirə olunduqdan sonra ictimaiyyətə açıqlanacaq”.

Bununla yanaşı, N.Əmirov bildirib ki, Məcəlləyə ediləcək dəyişikliklər heç bir halda vergi dərəcələrinin artımı ilə nəticələnməyəcək: “Vergi qanunvericiliyində aparılan islahatlar və təkmilləşdirmələr heç bir halda vergilərin artırılması ilə müşayiət olunmayacaq. Hökumətin gündəliyində Avropada olduğu kimi yüksək dərəcəli vergilərin tətbiqi məsələsi yoxdur”. Nazir müavini qeyd edib ki, bu islahatlar biznes mühitinin daha da yaxşılaşdırılması və onun normal vergi qanunvericiliyi ilə müşayiət olunması məqsədi daşıyır.

Bu ilin dövlət başçısı tərəfindən “Turizm ili” elan olunması ilə bağlı, bu sahənin inkişafını stimullaşdırmaq üçün turizm obyektlərinə vergi güzəştlərinin verilib-verilməyəcəyinə gəlincə, N.Əmirov belə planın olmadığını bildirib: “Hansısa sektorun vergi güzəştləri ilə inkişaf etdirilməsinə münasibətimiz müsbət deyil. Hesab etmirik ki, bu üsulla hansısa sahəni inkişaf etdirmək olar”.






25 Yanvar, 2011  19:11 Baxılıb: 2194 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner