Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

“Eurovision-2011”-də Azərbaycan təmsilçisinin müəyyənləşdirilməsi üçün keçiriləcək final mərhələsində üç iddiaçı yarışacaq

Azərbaycanı Almaniyanın Düsseldorf şəhərində keçiriləcək “Eurovision-2011” mahnı müsabiqəsində təmsilçisinin müəyyənləşməsi üçün keçirilən milli seçimlərin finalında üç ifaçı mübarizə aparacaq.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) ictimaiyyətlə əlaqə və monitorinq şöbəsini müdiri Tahir Məmmədov Simsar-a bildirib ki, yanvarın 28-də, yəni cümə günü final konsertində təmsilçilik adı uğrunda yarışacaq üç ifaçının adı məlum olacaq. T.Məmmədov deyib ki, finalçılar İctimai Teleradionun “Eurovision Azərbaycan” verilişində canlı yayımda məlum olacaq. Finalçılar İlhamə Qasımova, Aynişan Quliyeva, Eldar Qasımov, İlqarə İbrahimova və Nigar Camal arasından seçiləcək. 

Xatırladaq ki, yanvarın 24-dən etibarən İctimai Teleradionun canlı efirində 56-cı “Eurovision” müsabiqəsində Azərbaycan təmsilçisi adı uğrunda mübarizə aparan ifaçılar üçün yeni mərhələ başlayıb. Hər gün bir ifaçı bir saat ərzində istedad və bacarığını bir daha nümayiş etdirir, peşəkar musiqiçilər tərəfindən qiymətləndirilir.






25 Yanvar, 2011  17:50 Baxılıb: 2129 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner