Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

ABŞ Meksikaya 500 mln. dollar yardım ayıracaq

ABŞ bu il Meksikaya 500 mln. dollar yardım ayırmağı planlaşdırır.

“APA-ECONOMICS”in “RİA Novosti”yə istinadən xəbərinə görə, bunu Meksikada işgüzar səfərdə olan ABŞ dövlət katibi Hillari Klinton bəyan edib.

Onun sözlərinə görə, maliyyə yardımı narkomafiya və mütəşəkkil cinayətkarlıqla mübarizə üçün ayrılacaq: “Bu vəsait xüsusi avadanlıq alınmasına, personalın hazırlanmasına və dövlət hakimiyyət institutlarının möhkəmlənməsinə sərf olunacaq”.

H.Klinton qeyd edib ki, təkcə silah və partlayıcı vasitələri aşkar etməyə imkan verən xüsusi texnikanın alınmasına 60 mln. dollar xərclənəcək. O, 2006-cı ildə hakimiyyətə gəldikdən sonra narkomafiyaya və mütəşəkkil cinayətkarlığa müharibə elan etmiş Meksika prezidenti Felipe Kalderonu ABŞ-ın tam dəstəklədiyini də vurğulayıb.

Qeyd edək ki, Meksika polisinin korrupsiyaya qurşanması səbəbindən narkomafiya və mütəşəkkil cinayətkarlıqla mübarizəyə ordunu cəlb edən F.Kalderon hakimiyyətə gəldikdən sonra narkotik tacirləri ilə müharibədə 34 min nəfər həlak olub.






25 Yanvar, 2011  16:40 Baxılıb: 2108 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


25 Aprel, 2023  15:29

25 Aprel, 2023  13:56














2 Fevral, 2023  15:19

2 Fevral, 2023  15:12





30 Yanvar, 2023  14:17





18 Yanvar, 2023  12:30



5 Yanvar, 2023  11:14

21 Dekabr, 2022  14:07






29 Noyabr, 2022  17:39

24 Noyabr, 2022  12:09



23 Noyabr, 2022  13:57


23 Noyabr, 2022  12:21

23 Noyabr, 2022  12:19

23 Noyabr, 2022  12:17



22 Noyabr, 2022  17:44

sagbanner