Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Hidayət Orucov : “Azərbaycanda radikallığa meylli xırda qruplar mövcuddur”

“Azərbaycanı sevməyən bəzi qüvvələrin ruporu olan və dini sferada təmsil olunan qrupların maliyyə vəsaitləri ilə təmin edildiyi istisna deyil”

“Hazırda Azərbaycanda dini sabitlik kifayət qədər yüksək səviyyədədir. Dövlətimiz vətəndaşların vicdan azadlığının qorunması üçün üzərinə düşən bütün vəzifələri qətiyyətlə həyata keçirir. Bunun məntiqi nəticəsi olaraq ölkəmizdə dövlət-din münasibətləri müasir qanunvericilik səviyyəsində tənzimlənir, dini etiqad azadlığı tam qorunur, tolerantlıq daha da möhkəmlənir. Heç kim dininə və əqidəsinə görə təzyiqlərə məruz qalmır, dini mənsubiyyətə görə ayrı-seçkilik aparılmır”. 

Dövlət Komitəsinin sədri bununla belə, təəssüflə qeyd edib ki, Azərbaycanda radikallığa meylli xırda qruplar mövcuddur: “Orta ümumtəhsil müəssisələrində vahid məktəbli formasına keçidlə bağlı qərar qəbul edildikdən sonra müəyyən qruplar bunu hicaba qadağa kimi qələmə verməyə başladı. Halbuki Azərbaycanda hicabın qadağan olunmasından söhbət belə gedə bilməz. Şübhəsiz ki, Təhsil Nazirliyinin qərarını məhz bu cür qələmə verməklə onlar müəyyən məqsəd güdürlər. Ancaq bununla özlərini ifşa etdilər. Necə olur ki, indiyədək övladlarını məktəbli formasından kəskin fərqlənən, məsələn, təmtəraqlı, böyüklərə xas dəbə uyğun geyimlə məktəbə göndərən valideynlər vahid məktəbli formasından şikayətlənmir, ancaq din adından istifadə edən bir qrup şəxs “hicaba qadağa qoyuldu” deyib səs-küy salır? Təbii ki, bu “etirazçılar”ın dinlə heç bir əlaqəsi yoxdur və onların qanundankənar istənilən əməlləri perspektivsizdir. Onlar sadəcə olaraq Azərbaycandakı demokratik mühitdən, vicdan azadlığının yüksək səviyyədə təmin olunmasından sui-istifadə edərək ölkəmizə qarşı bəd əməllərlə məşğuldurlar. Bütün qanundankənar əməllər kimi, məktəbə hücum çəkilməsi bizi çox məyus edir. Məktəb - uşağın, yeniyetmənin elm, savad öyrəndiyi müqəddəs yerdir. Məgər din pərdəsi altında maskalanaraq gizlənənlər bunu bilmirlər? Məgər bilmirlər ki, bütün dinlər – ilk növbədə həmin şəxslərin özlərini tərəfdarı hesab etdikləri İslam dini – insanın təhsil almasını, maariflənməsini vacib sayır? Məgər bilmirlər ki, müqəddəs Qurani-Kərimin nazil olan ilk ayəsində də “Oxu!” deyilir? Yoxsa İslam Peyğəmbərinin (s) təhsil almaq, savadlanmaqla bağlı hədislərindən xəbərsizdirlər? Bütün bunları çox yaxşı bilirlər. Bilmirlərsə, öyrənmək də istəmirlər. Çünki əsas məqsədləri qanunsuzluğa əl atmaq, təxribatçı çağırışlar etmək, dövlətlə dindar vətəndaşlar arasındakı möhkəm bağlılığı sarsıtmağa cəhd göstərməkdir. Ancaq, bir daha təkrar edirəm, onlar məqsədlərinə çatmayacaqlar!”


H. Orucovun sözlərinə görə, dini baxımdan müqəddəs və yaxud ağır hesab edilən ayların özünəməxsus xüsusiyyətləri var ki, onlardan biri də həmin aylarda insanların daha həssas olmasıdır: “Bu baxımdan məlum qüvvələr vahid məktəbli forması haqqında qərardan fürsət kimi istifadə etməyə çalışdılar. Ölkəmizdə təfriqə yaratmaq istəyən bu qruplaşmalar milli-mənəvi dəyərlərinə bağlı olan xalqımızın həssaslığından “yararlanmaq” istədilər. Lakin xalqımız ağı qaradan seçməyi yaxşı bacarır. Həqiqi dindaşını təxribatçıdan ayırmağı da bilir. Müstəqilliyimizi yenidən qazanmış gənc dövlət kimi bu cür fürsət axtaranlara rast gəlməyimiz normaldır. Çünki bəzi qüvvələr bizim inkişafımızı, iqtisadi tərəqqimizi, eyni zamanda milli-mənəvi dəyərlərimizə daha şüurlu şəkildə qayıdışımızı və onlara sahib çıxmağımızı istəmirlər. Siyasi zəmində təsir güclərini itirdikdə bizim mənəvi dünyamızda təxribat yaratmağa çalışırlar. Lakin dini məsələlərin hansı ayda sabitliyi pozmaq məqsədilə şişirdilməsindən asılı olmayaraq, dövlətimizin və cəmiyyətimizin mövqeyi birmənalı olaraq qalacaq”.


H. Orucov deyib ki, Azərbaycanı sevməyən bəzi qüvvələrin ruporu olan və dini sferada təmsil olunan bu qrupların maliyyə vəsaitləri ilə təmin edildiyi istisna deyil: “Çünki belə işlərlə məşğul olmaq üçün də maliyyə lazımdır. Bu qrupların əksəriyyətinin satın aldıqları, yaxud kirayələdikləri ofisləri, kağız və elektron mətbuat orqanları, başqa təbliğat vasitələri var. Bütün bunları idarə etmək üçün kifayət qədər böyük maliyyə vəsaiti lazımdır. Müşahidələr göstərir ki, bu qruplara daxil olan insanların konkret gəlir mənbəyi də yoxdur. Ölkəmizdə təxribatçılara maliyyə ilə kömək edəcək insanların olması da inandırıcı deyil. Bu amillər onların kənardan maliyyələşdirilməsinə inanmağa əsas verir”.


Komitə sədri deyib ki, baş örtüyü ilə bağlı aksiyaların təşkilində bu və ya digər formada xaricdən gələn miqrantların iştirak etməsi ilə bağlı faktlar mövcuddursa, yəqin ki, müvafiq orqanlar tərəfindən araşdırmalar aparılacaq və lazımi tədbirlər görüləcək: “Hesab edirəm ki, bu kimi məsələlərin araşdırılması hüquq-mühafizə orqanlarının işidir”.


H. Orucov vurğulayıb ki, Azərbaycanda dini siyasiləşdirərək, çaxnaşmaların yaradılmasına heç vaxt imkan verilməyəcək: “Bu birmənalıdır. Dinin siyasiləşdirilməsi, siyasət aləti edilməsi yolverilməzdir. O, daim uca tutulmalıdır. Din iqtidara gəlmək üçün vasitə ola bilməz. Hər kəs dinə mədəniyyət səviyyəsindən yanaşmağı bacarmalıdır. Dövlət də dini siyasətdən uzaq tutmaq üçün əlindən gələni edir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu kimi halların qarşısının alınması istiqamətində son illər ardıcıl tədbirlər həyata keçirir”.






25 Yanvar, 2011  16:40 Baxılıb: 2097 Çap

Bu bölmədə

16 Mart, 2024
Sabahın havası

XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner