Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İdman

Milli komandamızın bombardiri – Qurban Qurbanov

Müstəqillik dönəmimizin ən istedadlı futbolçularından olan Qurban Qurbanov 1972-ci il aprelin 13-də Zaqatalada anadan olub 

O, futbolun sirlərinə Zaqatalanın “Daşqın” komandasında yiyələnib. Karyerası ərzində “Turan”, “Kür-Nur”, “Neftçi”, “Dinamo” (Stavropol), “Baltika” (Kalininqrad), “Fakel” (Voronej), “Volqar-Qazprom” və “İnter” klublarında çıxış edib. Azərbaycan çempionu, ölkə kubokunun qalibi və çempionatın bombardiri olub. 2003-cü ildə ölkədə “İlin futbolçusu” seçilən hücumçu, 14 qolla milli komandamızın tarixində ən çox qol vuran oyunçu kimi tarixə düşüb.
Qurban Qurbanov futbolçu karyerasını 2005-ci ilin payızında - 33 yaşında bitirib.
Qurbanov məşqçilik fəaliyyətinə 2006-cı ildə “Neftçi” klubunda başlayıb. Qurbanovun məşqçi kimi ən böyük uğurları «Qarabağ»da çalışdığı dövrə təsadüf edib. Məhz onun rəhbərliyi altında «Qarabağ» dalbadal iki il Avropa Liqasının pley-off mərhələsinə qədər gəlib çıxa bilib.
Azərbaycan kubokunu həm futbolçu, həm də məşqçi kimi qazanan ilk şəxsdi. Qurbanov 2004-cü ildə “Neftçi”də çıxış edərkən komandanın kapitanı kimi, 2009-cu ildə isə baş məşqçi kimi kuboku başı üzərinə qaldırıb. 2009-cu ildə onun çalışdırdığı “Qarabağ”Azərbaycan kubokunun finalında Bakının “İnter” klubunu məğlub etməklə (1:0), tarixində üçüncü dəfə ölkə kubokunu qazanıb. Hazırda “Qarabağ” futbol klubunun baş məşqçisi kimi fəaliyyətini davam etdirir.






13 Aprel, 2013  13:42 Baxılıb: 1279 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

24 Oktyabr, 2020  11:14



23 Oktyabr, 2020  11:17
















5 Oktyabr, 2020  16:37












28 Sentyabr, 2020  10:11



28 Sentyabr, 2020  09:26


18 Sentyabr, 2020  11:09

18 Sentyabr, 2020  09:52



17 Sentyabr, 2020  10:18

16 Sentyabr, 2020  09:30






10 Sentyabr, 2020  10:09


sagbanner