Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

BƏXTİYAR HACIYEV HƏBS OLUNA BİLƏR

Depuatatlığa keçmiş namizədin ölkədən çixmasının qarşısı ikinci dəfə alındı

Trend-ə Qazax rayon polis şöbəsindən verilən məlumata görə, deputatliрa keçmiş namizəd Bəxtiyar Hacıyev yanvarın 24-də Gürcüstana keçmək istəyərkən sərhəddə saxlanılıb və polis şöbəsinə gətirilib. Sonradan Qazax rayon polis şöbəsi onu aidiyyatı üzrə Gəncə şəhər Nizami rayon Polis idarəsinə təhvil verib.

Gəncə şəhər prokurorunun köməkçisi Elnar Hüseynov bildirib ki, Bəxtiyar Hacıyev barəsində prokurorluqda Cinayət Məcəlləsinin hərbi xidmət keçməkdən boyun qaçırma (321.1-ci) maddəsi ilə cinayət işi başlanıb. Prokuror köməkçisi deyib ki, Bəxtiyar Hacıyevdən hazırda ifadə alınır. O, deputatlığa keçmiş namizəd barəsində həbs-qətimkan tədbirinin seçilməsini real saymayıb və bildirib ki, onun ittiham olunduğu cinayət ağır cinayət deyil. Prokuror köməkçisinin sözlərinə görə, keçmiş namizəddən ifadə alındıqdan sonra sərbəst buraxılacaq.
Bəxtiyar Hacıyev ötən ilin noyabrında keçirilən parlament seçkilərində 17 saylı Yasamal 3-cü seçki dairəsindən deputatlığa namizəd kimi qeydə alınıb.
Artıq keçmiş namizədin hüquqlarının müdafiə komitsəi yaradılıb.






25 Yanvar, 2011  15:19 Baxılıb: 2105 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner