Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

YENƏ OSKAR, YENİ OSKAR

Amerika Kino Sənəti Akademiyası bu gün “Oskar” mükafatına namizədlərin adlarını açıqlayacaq.

Mərasim Beverli-Hilzdəki Semuel Qoldvin teatrında keçiriləcək və Bakı vaxtı ilə 17.38-də başlanacaq. Tədbiri Amerika Kino Sənəti Akademiyasının prezidenti Tom Şerak və qara dərili aktrisa Monik aparacaqlar.

Şerak və Monik 24 nominasiyadan 10-da namizədlərin adlarını çəkəcəklər. Namizədlərin tam siyahısı daha sonra akademiyanın saytında yerləşdiriləcək. Ən yaxşı filmə görə nominasiyasında namizədlərin sayı ötənilki kimi 10 olacaq. Bu 10 film sırasına ilk növbədə “Sosial şəbəkə”, “Kral danışır!”, “Qara qu quşu”, “Başlanğıc”, “Döyüşçü”, “Uşaqlar qaydasındadır” filmləri daxildirlər.

Aktyorlardan namizədlər sırasında Kolin Fert (“Kral danışır”), Ceyms Franko (“127 saat”) və Mark Uolberq (“Döyüşçü”), aktrisalar arasında isə Natali Portman (“Qara qu quşu”), Cennifer Lourens (“Qış sümükləri”) və Mişel Uilyams (“Mavi Valentin”) var. Rejissorlar arasında Darren Aronofski (“Qara qu quşu”), Devid Finçer (“Sosial şəbəkə”), Tom Huper (“Kral danışır!”), Kristofer Nolan (“Başlanğıc”) və Devid O.Rassel (“Döyüşçü”) daha şanslı sayılırlar. Ən yaxşı cizgi filmləri sırasında “Oyuncaqların hekayəti: Böyük qaçış”, “Yaramaz mən” və “Əjdahanı necə əhilləşdirməli” filmlərinin adları çəkilir.

Xarici dildə ən yaxşı film nominasiyasına “Qisas” (Danimarka), “GözEllik” (Meksika), “Qanundankənar” (Əlcəzair), “Yanğınlar” (Kanada), “Köpək dişi” (Yunanıstan), “Etiraflar” (Yaponiya), “Həyat hər şeydən üstündür” (CAR), “Biz yağışın altındayıq” (İspaniya) və “Sadə Saymon” (İsveç) filmləri namizəddirlər.






25 Yanvar, 2011  15:02 Baxılıb: 2144 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner