Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

ONKOLOJİ XƏSTƏLİKLƏR NİYƏ ARTIR?

Adil Qeybulla: «Ölkənin qida təminati mili təhlükəsiziyə təhqirdir»

Azərbaycanda ankoloji xəstəliklərin sayı artıb. Bu barədə açıqlama ilə Səhiyyə Nazirliyinin baş ankoloqu Azad Kərimli çıxış edib. Onun sözlərinə görə, 2012-ci il qeydiyyatda olan ankoloji xəstələrin sayı 31 min 954 nəfərə çatıb. Halbuki 2011-ci ildə bu rəqəm 28 min 685, 2010-cu ildə 28 min 052 nəfər olub. Azad Kərimli kişilər arasında daha çox traxiya-bronx-ağciyər, qadınlarda süd vəzi xərçənginin daha çox yayıldığını vurğulayıb. 

Ölkədə ankoloji xəstəliyə tutulub, bunu bilməyənlərin, imkansızlıqdan xəstəxanaya qeydiyyata düşməyənlərin də olduğunu nəzərə alsaq rəqəmin rəsmən göstərildiyindən xeyli artıq olduğu məlum olur. Həmçinin bütün dünyada xərçəngin artma tendensiyasının getdiyi qeyd olunur. Bəs, bu xəstəliyi yaradan səbəblər hansılardır?

Professor Adil Qeybulla Simsar.az-a açıqlamasında bildirib ki, ankoloji xəstəliklərin artmasında bir neçə amilin rolu olsa da, burada əsas yeri əhalinin qidalanma məsələsi tutur: “Mən deyərdim ki, ölkənin qida təminatı ölkənin mili təhlükəsizliyinə təhqirdir. Süni qidalar xərçəng xəstəliyinin artmasına səbəb olur. Mən hələ genetik modifikasiya olunmuş ərzaqlardan ümumiyyətlə danışmıram. Dünya əhalisinin artımı ilə bağlı süni qidalardan geniş şəkildə istifadə olunur ki, bu da bir çox xəstəliklər yaradır. Bir çox ölkələrdə, o cümlədən Rusiyada bunun qarşısının alınması siyasəti aparılır. Azərbaycanda isə ölkənin mili təhlükəsizlik konsepsiyasına cavabdeh olan strukturlar bu məsələyə qeyri-ciddi yanaşırlar. Həmçinin ölkənin dərman təminatı bərbad vəziyyətdədir. Nəzərə alsaq ki, ankoloji xəstələrin böyük bir qismi qeyri-ankoloji xəstəxanalarda qeydiyyatdadır, rəqəmin göstərilən statistikadan xeyli artıq olduğu aydın olur».

Xəstəliyin profilaktikasında olan qüsurlardan da danışan professor qeyd etdi ki, Qərb ölkələrində xərçəng xəstəliyinin müalicəsi ilə ankoloqlar məşğul olsalar da, cərrahi əməliyyatı cərrahlar edir: «Əgər biz Qərb dəyərlərinə üstünlük veririksə, bu məsələlərə yanaşma da fərqli olmalıdır».
A.Qeybulla hesab edir ki, ilk növbədə ölkənin daxili bazarı intensivləşdirilməli, xaricdən bir çox məhsulların idxalının azaldılmasına çalışılmalıdır: «Kəndliyə imkan yaradılmalıdır ki, öz məhsulunu bazara çıxarıb, sata bilsin. Niyə görə, rəsmi statistikaya görə, 8 milyon, əslində isə bundan da az olan bir əhalisi olan ölkə xaricdən gələn Genetik Modifikasiya Olunmuş ərzaqlardan asılı olmalıdır?»
Həkim ankoloji xəstəliklərin artma səbəbləri arasında siqaretin təsirinin, atmosferdə havanın korlanmasının da olduğunu dedi. Onun sözlərinə görə, statistikaya görə, siqaret çəkən hər 20 nəfərdən birində xərçəngə tutulma riski yaranır.

Qeyd edək ki, süni və Genetik Modifikasiya Olunmuş ərzaqların xərçəng xəstəliyinə səbəb olması ilə bağlı qonşu ölkələrin həkimləri də bir neçə dəfə həyəcan təbili çalıblar. İstanbul Universitetinin Tibb Fakültəsinin Onkologiya İnstitutunun müəllimi Yavuz Dizdarın bir müddət öncə verdiyi açıqlamaya görə, xərçəng xəstəliyinin yayılmasının əsas səbəblərindən biri broyler toyuqlarının istehlakı ilə bağlıdır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da Azərbaycanın əmtəə bazarının, xüsusilə ərzaq sektorunun bərbad vəziyyətdə olduğunu deyir. Birlik sədri xaricdən gətirilmiş Genetik Modifikasiya Olunmuş məhsulların insan orqanizminə ciddi ziyanları olduğunu, xərçəng və digər xəstəlikləri törədicisi olduğunu deyir.

Qeyd edək ki, baş ankoloq A.Kərimli isə ilk xəstəliyin artmasının başlıca səbəbinin əhali artımı ilə izah edir.

Xatirə Nəsirli






8 Aprel, 2013  15:09 Baxılıb: 3036 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner