Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

QƏBRİNİN AÇILMASI FƏLAKƏT GƏTİRƏN BÖYÜK TÜRK FATEHİ

Türk dünyasının böyük hökmdarı Əmir Teymurun anadan olmasından 877 il keçir.

Cığatay xanədanının yaradıcısı, Teymurilər sülaləsinin ilk hökmdarı, böyük türk fatehi Əmir Teymur 1136-cı ildə aprelin 8-də anadan olub. Onun imperiyası Şimalda Dərbənd keçidi, Volqa və İrtış çaylarından başlayaraq cənubda İran körfəzinədək, Şərqdə Qobi səhrasının hüdudları və Qanq çayı sahillərindən qərbdə Balkan yarımadasınadək geniş bir ərazini əhatə edib. 

1405-ci ildə Çinə yürüş ərəfəsində vəfat edən hökmdarın yaratdığı böyük Cığatay dövlətinin ərazisi çox geniş idi. Teymurləng İran körfəzindən Qafqaza kimi, Hindistandan indiki Rusiyanın böyük ərazilərini əhatə etməklə iri bir imperiya yaratmışdı. Vəfatından sonra Cığatay xanədanı onun varisləri arasında gedən çəkişmələr nəticəsinda zəifləyərək bir neçə yerə bölündü.

Teymur gəncliyində Səmərqənd və Bəlx hakimi Əmir Qazanın yanında xidmət edərək, tez bir zamanda onun hörmətini qazandı. 1356-cı ildə Əmir Qazan Xorasan üzərinə yürüşdə fərqləndiyi üçün Teymuru qiymətli hədiyyələrlə mükafatlandırdı. Teymur və Hüseynin birləşmiş dəstələri 1365-ci ildə Daşkənd yaxınlığında Toğluq Teymur tərəfindən məğlub edildi. 1366-cı ildə Teymur və Hüseynin dəstələri Səmərqənd vilayətinə daxil oldular. Onlar üsyanı qəddarlıqla yatırdılar. Sonradan Teymurla Hüseyn arasında hakimiyyət uğrunda mübarizə başladı. Uzun çəkişmələrdən sonra mübarizə – 1370-ci ildə Teymurun qələbəsi ilə başa çatdı. Mərkəzi hakimiyyətin tərəfdarı olan iri feodalların köməyi ilə Teymur sərkərdələrin qurultayında "əmir" titulunu götürərək yeni dövlətin əsasını qoydu.

Əmir Teymur möhkəm dövlət yaratmağa, feodal dağınıqlığını ləğv etməyə, xalq hərəkatını yaratmağa çalışırdı. 1388-ci ildə Ürgəncin tutulması ilə Xarəzm tamamilə tabe edildi.

Teymur 1380-ci ildən etibarən İran , Azərbaycan, Qafqaz, İraq, Suriya və Kiçik Asiya üzərinə müntəzəm hərbi səfərlər etməyə başladı. 1404-cü ilədək davam edən yürüşlər nəticəsinə bu ərazilər işğal edilərək, Teymuri dövlətinin tərkibinə qatıldı. Əmir Teymur Hindistana yürüş etmək qərarına gəldi. Onun məqsədi Hindistanın sərvətlərini, münbit torpaqlarını ələ keçirmək idi. 1398-ci ildə qoşunlar Hindistan üzərinə yeridi. Dehli şəhəri işğal olundu. 1399-cu Teymur Səmərqəndə qayıtdı. Teymurun qalibiyyəti onun döyüş bacarığından irəli gəlirdi.

1402-ci il iyulun 28-də Ankara düzənliyində orta əsrlərin bəlkə də ən böyük döyüşü baş verdi. Teymurun qələbəsi ilə başa çatan müharibədə Bəyazid və onun iki oğlu əsir düşdü. Teymur-topal, Bəyazid isə kor idi. Teymur eyş-işrət məclisi qurub sultanı da qəfəs içində həmin məclisə gətirir. Əmir əyanlarla keyf etdiyi zaman qəfəsdə oturan sultanın qəmgin olduğunu görür:
- Sultan əfəndim, belə qəmgin oturub nə düşünürsünüz? - deyə soruşduqda,
Bəyazid:
- Düşündüyüm odur ki, görəsən bu dünyanı bir çolaq ilə bir koramı tapşırıblar ? - deyə cavab verib.

Bayazid zəhər içərək özünü öldürür. Əmir Teymurun ölümü haqqında isə belə bir söhbət var ki, bir tuluq şərab içərək ayılmayıb. Tarixi qaynaqlara görə, Əmir Teymur Çinə böyük yürüşü ərəfəsində 1405-ci il martın 19-da Otrar şəhərində vəfat edir. Onu Səmərqənddə dəfn ediblər.

Orta Asiyanın məşhur sərkərdəsi və dövlət xadimi Teymurləngin qəbrinin yerini müəyyən etmək xeyli mübahisələrə səbəb olub. Onun Səmərqənd şəhərində Qur-Əmir məqbərəsində dəfn edildiyini sübuta yetirmək üçün orada Teymurləngə aid qəbri açmaq, cəsədin qalıqlarını tədqiq edib, bu skeletin hansı şəxsiyyətə mənsub olduğunu aşkara çıxarmaq lazım idi. Məşhur arxeoloq və antropoloq olan M.Gerasimov bu sahənin mahir mütəxəssisi kimi qəbrin açılmasında iştirak edirdi. M.Gerasimov çürümüş cəsədin skeletinə, onun qalan sümüklərinin quruluşu, ölçüləri və s. əlamətlərinə əsasən bu skeletə mənsub olan şəxsin zahirən görünüşünü bərpa etmək işində dəyərli tədqiqatların müəllifi kimi tanınır. Qəbri açarkən skeletin yanında parçaya bükülmüş və üzərində yazı olan bir lövhəcik də var idi. Burada yazılmışdı ki, kim mənim tabutuma toxunmağa cəsarət edirsə, qoy bilsin ki, onun ölkəsi məndən qat-qat güclü və amansız bir düşmənin hücumuna məruz qalacaq, düşmən onun vətənini elə bir kökə salacaq ki, hətta mənim fəth etdiyim və dağıtdığım ölkələrə belə bunu görmək çox maraqlıdır: tabutun açılışı 21 iyun 1941-ci il tarixinə təsadüf edir. Bu, Hitlerin SSRİ üzərinə hücumu, ölkəni min bir əziyyətə salan II Dünya Müharibəsinin başlanğıcı günüdü.


Turanə Zeynallı






8 Aprel, 2013  14:58 Baxılıb: 11921 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner