Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

QƏNİRƏ PAŞAYEVANIN ŞƏKİLİNİ YAYAN GƏNC DANIŞDI

Yolbay Uranqan: «O oğlanın kürd olduğunu Azərbaycanda təhsil alan bütün türkiyəli tələbələr bilir»

Bir müddət öncə millət vəkili Qənirə Paşayevanın «Feysbuk» sosial şəbəkədə tanınmış PKK tərəfdarı Əminə Aynanın oğlu ilə birgə şəkilləri yayılmışdı. Bununla bağlı millət vəkili bildirmişdi ki, o, 
bu şəkli montaj edib yayanlarla bağlı Milli Təhlükəsizlik Nazirliyinə müraciət edəcək: «Bunu edənlərin ən ağır formada cəzalandırılmasını tələb edəcəyəm. Əgər kimsə bunu xaricdən edibsə, yenə də ölçü götürülməsinə çağlışacam. Hesab edirəm ki, mənim milli hissim təhqir olunub. Bu mənim şərəf və ləyaqətimin təhqir olunmasıdır. O şəkil kollektiv çəkilib, özü də Türkiyə Səfirliyinin tədbirində. Şəkildə yer alan isə əsl türk oğlu türkdür”. Milli Məclisin üzvü Qənirə Paşayeva PKK-ya münasibətinin bəlli olduğunu, hər zaman bu təşkilatı pisləyən insan olduğunu deyib. Qənirə Paşayevanın qəzəbinə səbəb olan şəkli “Feysbuk”da ilk yayan Yolbay Uranqan adlı istifadəçi olub.
Y.Uranqan «Bizimsoy.az»a açıqlamasında bildirib ki, Q.Paşayevanın türkçülüklə bağlı, öz cameələrində olan bir çox adamlar kimi heç bir anlayışı yoxdur: «Sadəcə Türkçü-Turançı “imici” ilə qurduğu karyerası bu və bu kimi bir neçə hadisə və informasiya ilə məhv ola bilər deyə belə təlaşa düşüb.
O fotonu hardan əldə etdiyimi hələlik söyləmək istəmirəm. Amma onu deyim ki, sadə bir təsadüf nəticəsində tapmışam.
İndi o uzaqdan uzağa, yəni mətbuat vasitəsilə məni açıq-aşkar təhdid edir. İşi məhkəmə ilə öz xeyrinə yönəldə bilməyəcəyini görüb MTN-in ətəyindən yapışıb. Mən istənilən hüquqi formada, sivil qaydada fikirlərimi və mövqeyimi müdafiə etməyə hazıram. Qənirə Paşayeva heç özü belə nə danışdığını bilmir. Gah deyir ki şəkil montajdır, gah deyir ki, yox o şəkil kollektiv çəkilib və ordaki oğlan da türk oğlu türkdür, gah da deyir ki, bununla mənim şərəf və ləyaqətimi təhqir ediblər. Yaxşı, əgər şəkil montajdırsa sonradan niyə deyir ki ordakı adam türkdür? Yox, əgər türkdürsə, niyə onun şərəf və ləyaqəti təhqir olunur? O oğlanın kürd olduğunu Azərbaycanda təhsil alan bütün Türkiyəli tələbələr bilir. Anasının adının Əminə olduğunu isə səfirlik də təsdiq edib. Dİ gəl ki, deyirlər, bu o Əminə Ayna yox, başqa bir Əminə Aynadır. Bu boyda yalan olmaz. Bir atalar misalı var, deyir, quyruq həmin quyruqdur, palan həmin palandır, qulaq həmin qulaqdır, amma bu, Molla Nəsrəddinin eşşəyi deyil? Doğrunu demişəmsə, heç olamazsa susun. Hər gün müxtəlif zənglər, min cür sözlər, min cür təhdidlər. Onsuz da bir dəfə bu tipli bir məsələ üzündən universitetdən qovulmuşam».

RAMİN






24 Yanvar, 2011  20:21 Baxılıb: 6384 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner