Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İSLAM PARTİYASINA SƏDR TAPILDI

Yanvarın 24-də Azərbaycan İslam Partiyası (AİP) növbədənkənar iclas keçirib. İclasda sədr müavinləri, Baş Məclis üzvləri, partiya fəalları iştirak edib. Baş Məclis üzvü Hacı Natiq Kərimovun sədrlik etdiyi iclasda təşkilati məsələyə baxılıb.

Azərbaycan İslam Partiyasının nizamnaməsinə görə, həbsdə olan Mövsüm Səmədovun sədrlik funksiyası onun birinci müavini Elçin Manafova verilib. 

Baş Məclis üzvü Hacı Natiq Kərimov “Faktxeber.com”a deyib: “AİP sədri Mövsüm Səmədov və onun müavinləri həbs olunduqdan sonra müvəqqəti idarəetmə sistemi yaradılmışdı. Mövsüm Səmədovun birinci müavini Elçin Manafov azadlığa çıxıb. O, AİP nizamnaməsinə uyğun olaraq partiya sədrini müvəqqəti əvəzləmək hüququ qazanıb”.

AİP sədri Mövsüm Səmədov yanvarın 7-də polisə tabe olmamaqda təqsirli bilinərək 13 sutka inzibati həbsə məhkum edilib. 13 sutkalıq həbs cəzası yanvarın 20-də bitib. Bütün bu müddətdə o, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıb. Yanvarın 20-də ona ağır ittihamlar irəli sürülüb və Nəsimi Rayon Məhkəməsi onun haqqında 3 aylıq həbs qətimkan tədbiri seçib. Elçin Manafova gəlincə, o, yanvarın 9-dan 19-dək inzibati həbsdə olub.






24 Yanvar, 2011  17:12 Baxılıb: 1982 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner