Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

CİBİMİZDƏKİ TƏHLÜKƏ – ARAŞDIRMA

.

Cib telefonları gündəlik həyatımıza çox sürətlə daxil olub. İndi mobil telefonu olmayan şəxs cəmiyyət tərəfindən qeyri-adi insan kimi qəbul edilir. Onu itirmək pasportunu itirmək qədər təəssüfə səbəb olur. Əksəriyyət əlində olan gəlirdən heç olmasa bir hissəsini bahalı telefon almağa sərf edir. Bahalı telefon almaq istəyi az qala aludəçilik həddinə çatıb. “Telefonda kontur olmasa da olar, əsas odur telefon gözoxşayan olsun” – deyə düşünənlər kreditlə də olsa bu qurğunu əldə etməyə çalışır. Bu isə kənardan baxan üçün sanki “hərəyə bir iPhone” kompaniyasına start verilibmiş kimi təsir bağışlayır. Məcazi mənada desək günümüzün reallğı kimi insanlar “telefonla yatıb, telefonla qalxırlar”.

Ən çox mobil telefonu olan vətəndaşların ölkəsi

Dünyada mobil telefon istifadəçilərinin sayı günbəgün artmaqdadır. Ən çox mobil telefon istifadəçilərinin yaşadığı yer Birləşmiş Ərəb Əmirlikləri hesab edilir. Belə ki, burada hər 100 adama 232 cib telefonu düşür. Reytinq sıralamasında Rusiya 10-cu yerdə qərarlaşır. Heç Azərbaycanda da bu qurğuya maraq az deyil. Dünya bankının 2012-ci ilə aid məlumatına görə, Azərbaycanda hər 100 nəfərə 84 mobil telefon düşür. Lakin bu məlumatın əksinə olaraq rabitə və informasiya texnologiyaları nazirliyi həmin göstəricinin daha yüksək olduğunu, hər 100 nəfərə 110 telefon düşdüyünü bildirib.

20 il öncə ağıla gəlməyən hazırkı reallıq

İlk əvvəl sadə rabitə məqsədilə yaradılan mobil telefonların funksiyaları hazırda o qədər zənginləşib ki, artıq telefon alıcısı telefonun zəng funksiyası ilə demək olar maraqlanmır. Bir neçə əşyanın sadəcə telefonda cəmlənəcəyi təsəvvürü 20 il qabaq absurd təsir bağışlasa da müasir dövrdə həmin absurdluq sadə reallığa çevrilib. 40 il əvvəl yaranan ilk mobil telefon 10 saata yığdığı batareyanı 20 dəqiqə istifadə etmək imkanı verirdi. Bu telefonun yaradıcısı mühəndis Cooper yarı zarafat-yarı ciddi bunu telefonla daha az münasibətdə olmaq üçün etdiyini bildirmişdi. Mobil telefonlar indi kamillik mərhələsini yaşayır. Smartfon adı ilə satışa buraxılan telefonlar öz adlarının layiqli daşıyıcısına çevriliblər. Bu telefonlardan bəziləri zəng etmək, musiqi pleyeri fotokameranı əvəz etməklə yanaşı, göstərilən videodan diqqət yayınan zaman, onun nümayişinə fasilə vermək imkanlarına da malikdir.

Uşaqlıqdan başlayan asılılıq

Əvvəllər daha çox gənc nəslin istifadə etdiyi mobil telefonlar indi yaş sərhəddi tanımır. Bağçadakı uşaqdan, yaşlıya qədər hər kəs artıq telefon istifadəçinə çevrilib. Bu hal qarşısı alınması çətin olan problem həddinə çatıb. Bu yaxınlarda Təhsil Nazirliyinin qərarına əsasən şagirdlərin məktəbə mobil telefon gətirilməsi qəti qadağan olunub. Bu qərara nə dərəcə də riayət olunub olunmamasını zaman göstərəcək. Reallıq isə mobil telefon bazarının getdikcə genişlənməsindən ona marağın artmasından xəbər verir.

Təqaüdçü Səməd Rəhimovun 67 yaşı var. Onun sözlərinə görə beş ildir mobil telefondan istifadə edir. “Bəlkə əvvəllər telefonsuz mümkün idi, ancaq indi mobil telefonun olması vacibdir. Yollardakı tıxac, işlərin çoxluğu insanları bir birindən uzaqlaşdırır. Ancaq mobil telefon olanda əlaqə qurmaq asanlaşır”.

Əlifba bayramında qəşəng görünmək istəyən 6 yaşlı qızcığaz geçikəcəyini müəlliməsinə mobil telefonla xəbər vermişdi. “Bizim vaxtımızda belə deyildi” , deyənlər qədər təcrübəli olmasam da bir neçə il qabaq şahidi olduğum bu hadisəyə xeyli təəccüb etmişdim.

Gənclər arasında bu müxtəlif forma və funksiyalı qurğuya maraq isə aydındır. Əksəriyyət daha bahalı, daha çox funksiyalı telefonlara üstünlük verir.

Bəs bu qədər sevdiyimiz telefonlar səhhətimizə necə təsir göstərir?

Bu barədə aparılan araşdırmalar göstərir ki, mobil telefonların nəinki insan sağlamlığına, hətta bütün canlı orqanizmlərə göstərdiyi mənfi təsir onun faydasından daha çoxdur. Dünyada balın azalması onu istehsal edən qüvvəllərin – arıların tükənməsi ilə əlaqədardır. Bu isə tədqiqatlara əsasən bilavasitə mobil telefonlardan qaynaqlanır.
İnsan orqanizminin mobil qurğudan aldığı mənfi təsir də günümüzün əsas problemlərindən birinə çevrilib. Həkimlər ən çox yayılan xəstəliyin – xərçəngin yaranma səbəbi kimi telefondan aşırı istifadəni görürlər. Eyni zamanda, telefonun yaydığı elektromaqnit dalğalar yeniyetmə və gənclərdə boy artımına maneəçilik törədir.

Ginekoloq Anaqız Qazıyevanın fikrincə “mobil telefonların hamilə qadınlara və uşaqlara təsiri digər insanlara nisbətən daha çox olur. Ona görə də, onun mənfi təsirindən uzaq olmaq üçün lazım olmadıqca mobil telefondan istifadə etməmələri məsləhətdir”.

Mobil telefonun zərərləri təkcə bununla da bitmir. Telefonla çox danışmaq baş ağrısına, üz qızarmasına səbəb olur
Telefonun funksiyalarına daxil olan musiqi çalar və oyunlar həm qulaq, həm beyin, həm də gözlərə təsirsiz ötüşmür. İlk baxışdan telefonu daha da maraqlı edən bu funksiyalar gözlərin zəifləməsinə, qulaqların müvəqqəti və ya daimi batmasına, zehni pozuntuya gətirib çıxarır.

Müsahibim oftolmoloq Faiq Quliyev deyir ki, “indi əksər gənclərdə göz zəifliyi müşahidə olunur. Əslində gözlərin zəifləməsi bir neçə səbəbdən olur. Gözlərdə zəiflik həm genetik həm də sonradan yarana bilər. Sonradan yaranan zəifliklər isə müasir dövrdə əsasən telefon və kompyuterdən istifadəyə məhdudiyyət qoyulmamasından irəli gəlir. Bu da gözlərin yorulmasına, göz suyu ifrazına, və zəifliyə səbəb olur”.

Bütün zərərlərə baxmayaraq cib telefonlarının ölkəyə ixracında 2011-ci ilə nisbətən keçən il 28% artım olub. Bu artım ilbəil artmaqdadır. Lakin unutmaq lazım deyil ki, sağlamlığımız ən dəyərli əşyamızdan daha dəyərlidir.

Ülviyyə Cövdətqızı






5 Aprel, 2013  16:05 Baxılıb: 1738 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner