Daha 117 nəfər isə xəsarət alıb
Ötən il Azərbaycanda 6989 yanğın hadisəsi baş verib. Baş vermiş hadisələr nəticəsində 54 nəfər dünyasını dəyişib, 117 nəfər isə xəsarət alıb. Hesabat dövründə baş vermiş yanğın hadisələrində 17 nəfər FHN xilasediciləri tərəfindən xilas edilib.
Ötən il, həmçinin fərdi və çoxmərtəbəli yaşayış evləri, yardımçı binalar və texnoloji qurğularda 26 partlayış hadisəsi olub. Bu hadisələrdə 4 nəfər həlak olub, 43 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Bununla yanaşı, ötən il FHN əməkdaşları tərəfindən 540 qəza-xilasetmə əməliyyatı həyata keçirilib. Bu əməliyyatların 18-i partlamamış hərbi sursatların zərərsizləşdirilməsi ilə bağlı olub.
DİGƏR XƏBƏRLƏR