Rusiyanın Çelyabinsk vilayətində “donuz qripin”ə yoluxan bir hərbçi ölüb.
Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bu şəxs 2010-cu il dekabrın 20-də Kemerovo vilayətindən hərbi xidmətə çağırılıb. Onun çağırışa qədər bu virusa yoluxduğu güman olunur. Yoluxma halı yanvarın 13-də laborator üsulla təsdiqlənib, həkimlərin səylərinə baxmayaraq, əsgəri xilas etmək mümkün olmayıb.