Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Tutu dieta

ƏSİR GÖTÜRÜLÜB, ƏLYAZMALARI ÇAYA ATILAN TÜRK ŞAİRİ

Onun fikirləri hələ də hikmətli sözlər kimi işlənməkdədir

Türk dilinin axıcılığı ədəbiyyatın bu dildə daha mükəmməl şəkil almasına səbəb olub. Təkcə türk dilinin bir qolu olan Azərbaycan dilinə nəzər salmaq, bu sözü qətiyyətlə deməyə imkan verir. Türkmən ədəbiyyatı da bu möhtəşəmlikdən öz nəsibini alıb. Ədəbiyyat tarixinə Bayram Xan, Məmməd Azadi, Əndəlib, Məhdimqulu Fəraqi kimi şairləri qazandırmış Türkmən ədəbiyyatı bu baxımdan səciyyəvidir.

Məhdimqulu Fəraqi Orta əsr Türkmən ədəbiyyatın ən aparıcı nümayəndələrindən olub. 1733-cü ildə dünyaya gələn Fəraqi dövrün məşhur şairlərindən olan Məmməd Azadinin oğlu idi. İbtidai təhsilini İdris Baba mədrəsəsində daha sonra isə Buxara və Xivə mədrəsəsində davam etdirən Fəraqi zəngin dini təlimə yiyələnmişdi. Elə bu səbəbdən də yaradıcılığında sufi ideyaları əsas yer tutub.

Mən Yaqubam, ahi-zari
Çəkəm Yusif deyə-deyə,
Gözlərimin qanlı yaşın
Tökəm Yusif deyə-deyə.

Lirik şeirlərindəki nisgil Məhdimqulunun həyatının o qədər də xoş keçməməsindən qaynaqlanırdı. O, ürəkdən sevdiyi qıza – Mənqliyə dövrün patriarxal adət-ənənələrinə görə qovuşa bilməmişdi.

Fələk ağlar göz yaşıma,
Nə sevda saldım başıma

O zaman Türkmənistan adət-ənənlərinə görə, qız uşağı ilə evlənmək xeyli xərc tələb edirdi. Maddi vəziyyəti ağır olan Məhdimqulu bu səbəbdən dul qadınla evlənir. Onların çoxlu uşaqları dünyaya gəlsə də, uşaqlar kiçik yaşlarında dünyalarını dəyişirlər.

Məhdimqulu vətənpərvər şair idi. Onun yaradıcılığına nəzr salsaq vətən dərdinə necə yandığının şahidi olarıq. Əslində bu, bir növ dövrün ağırlığından qaynaqlanırdı. Həmin dövrdə Türkmənistanda vəziyyət ağır idi. İstər qəbilələr arası çəkişmələr, istərsə də Qızılbaşların aramsız yürüşləri xalqın mənəvi cəhətdən yüklənməsinə, əziyyət çəkməsinə gətirib çıxarırdı.

Fəraqi qəbilələrarası münaqişənin daimi şahidi idi. Yaradıcılığının əsas leytmotivini də elə bu təşkil edirdi.

Orta Asiyada vəziyyətin gərginliyindən türkmən xalqının nümayəndəsi olaraq Məhdimquluya da pay düşürdü. Onun qardaşının öldürülməsi, özünün əsir götürülüb, əlyazmalarının çaya atılması lirik ruhlu şairi mənəvi cəhətdən zədələmişdi. Yaradıcı insan üçün bundan böyük cəza olardımı?! Bu vəziyyətlə bağlı o bir neçə şeir də qələmə alıb: “Səhər küləyi”, “Sevənin kasıblığı” , “Dairə”, “Kasıba” və s.
Məhdimqulu yaradıcılığı dövrün patriarxal adət-ənənlərinin tənqidinə həsr olunmuşdu. Çoxarvadlılığı nəinki bəyənmirdi, hətta şeirlərində kəskin şəkildə tənqid edirdi. Onun fikirləri hələ də türkmənlərin dilində hikmətli sözlər kimi işlənməkdədir: “İki arvadlının evi pinti olar”

Məhdimqulu Fəraqi 1797-ci ildə, 64 yaşında vəfat edib.

Türkmən ədəbiyyatının dünya və türk xalqları ədəbiyyatına verdiyi töhvələr hələ də böyük maraqla qarşılanır. Onu da qeyd etmək lazımdır ki, ölkəmizdə də Fəraqi yaradıcılığı xeyli maraq doğurur. Məhdimqulu Fəraqinin 5 kitabı Azərbaycanda 25 min tirajla nəşr olunub.

Ülviyyə Cövdətqızı






2 Aprel, 2013  16:08 Baxılıb: 1252 Çap

Bu bölmədə

4 Oktyabr, 2019
Ankarada fabrik yanır

XƏBƏR LENTİ





13 Dekabr, 2019  14:00




13 Dekabr, 2019  09:36

13 Dekabr, 2019  09:33




12 Dekabr, 2019  12:31





12 Dekabr, 2019  09:25








11 Dekabr, 2019  13:22






11 Dekabr, 2019  11:08



11 Dekabr, 2019  09:21





10 Dekabr, 2019  13:41




10 Dekabr, 2019  09:55

10 Dekabr, 2019  09:52




sagbanner