Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Həzi Aslanovun anadan olmasının ildönümü qeyd edilib

General-mayor Həzi Aslanovun anadan olmasının ildönümü keçirilib.

Bu münasibətilə onun adını daşıyan xiyabanda anım mərasimi keçirilib. Qəhrəmanın cəbhə yoldaşlarının, Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitlərinin, rayon ictimaiyyəti nümayəndələrinin qatıldığı tədbiri giriş sözü ilə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aktyoru, respublikanın xalq artisti Qabil Quliyev açıb. 

Lənkəran Şəhər İcra Hakimiyyəti aparatının İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Əlimərdan Əliyev, Lənkəran Rayon Veteranlar Şurasının sədr müavini Kamal Kələntərli, Respublika Veteranlar Şurasının üzvü, professor Məhəmməd Teymurlu, Müdafiə Nazirliyinin şöbə rəisi, polkovnik Abdulla Qurbani, Yardımlı Rayon Veteranlar Şurasının sədri Şahbaz Hüseynov və başqaları çıxış edərək Həzi Aslanovun döyüş yolundan, onun qəhrəmanlığının gənc nəsil üçün daim örnək olmasından söz açıblar.

Həzi Aslanovun nəvəsi, hərbçi-mayor Emin Aslanov ailəsi adından babasının xatirəsini əziz tutduqları üçün lənkəranlılara, bütün Azərbaycan xalqına minnətdarlığını çatdırıb.

Generalın abidəsi önünə əklil və gül-çiçək dəstələri düzüldükdən sonra tədbir onun ev-muzeyində davam etdirilib.






22 Yanvar, 2011  20:49 Baxılıb: 1904 Çap

Bu bölmədə


XƏBƏR LENTİ









2 Fevral, 2023  15:19

2 Fevral, 2023  15:12





30 Yanvar, 2023  14:17





18 Yanvar, 2023  12:30



5 Yanvar, 2023  11:14

21 Dekabr, 2022  14:07






29 Noyabr, 2022  17:39

24 Noyabr, 2022  12:09



23 Noyabr, 2022  13:57


23 Noyabr, 2022  12:21

23 Noyabr, 2022  12:19

23 Noyabr, 2022  12:17



22 Noyabr, 2022  17:44

22 Noyabr, 2022  16:42



22 Noyabr, 2022  14:56


22 Noyabr, 2022  13:34

22 Noyabr, 2022  12:24


sagbanner