Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qızların sayı azalıb

.

Simsar.az-ın məlumatına görə, Azərbaycanda hər doğulan oğlan uşağına düşən qız uşaqlarının sayında kəskin fərqlənmə var.Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin verdiyi xəbərə görə, normada hər doğulan 105 oğlan uşağına 100 qız uşağı düşməlidir. Azərbaycanda isə hər 112 oğlana 100 qız uşağı düşür. Bu da demoqrafik problem olaraq meydana çıxır.Səhiyyə Nazirliyi abortlar nəticəsində son iki ildə Azərbaycanda ölən olmadığını bəyan etsə də, Ümumdünya Səhiyyə Təşkilatının araşdırmalarına görə, hər il dünyada 70 mindən artıq qadın məhz abort nəticəsində ölür. Abortların müxtəlif səbəbləri varr. Bəzi qadınlar ailə planlaşmalarında ikinci , üçüncü və daha çox uşağın olmasını nəzərdə tutmurlar. Buna səbəb kimi şəraitinin, evin olmamasını, işsiz olduqlarını göstərirlər.
Bu siyahıya cinsinə görə hamiləliyin süni şəkildə pozulmasını da aid etmək olar. Bu gün selektiv abort dünyanın ən ciddi problemi sayılır. Azərbaycan da bu problemdən kənarda qalmayıb. Cinslər üzrə əhalinin ümumi sayına nisbətən 0-17 yaş arasında uşaqların 1996-cı ildə oğlanlar 39,5%, qızlar 36,1%, 2001-ci ildə oğlanlar 37,6%, qızlar 36,4%, 2006-cı ildə oğlanlar 33,1%, qızlar 30,6%, 2011-ci ildə oğlanlar 29,8%, qızlar 26,0%, 2012-ci ilin birinci yarısında isə oğlanlar 29,4%, qızlar 25,6% olub.






1 Aprel, 2013  18:49 Baxılıb: 2589 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner