Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Azərbaycanın “Karvan” İdman Klubunun avtobusu yük maşını ilə toqquşub, 6 futbolçu xəsarət alıb

Azərbaycanın Yevlax rayonunun “Karvan” İdman Klubuna məxsus avtobusun yük avtomobili ilə toqquşması nəticəsində sürücü və 6 futbolçu xəsarət alıb.

Hadisə yanvarın 22-də saat 13:00 radələrində Yevlax şəhərinin Ceyhun Mustafayev küçəsində qeydə alınıb. 

“Karvan” İdman Klubuna məxsus, 1960-cı il təvəllüdlü Mirzəyev Qaçay Abduləli oğlunun idarə etdiyi 66-AC-001” dövlət nömrə nişanlı “Daewo” markalı avtobus qarşı tərəfdən gələn, 1975-ci il təvəllüdlü Abdullayev Elşən Xəlil oğlunun idarə etdiyi 90-JF-621 dövlət nömrə nişanlı “Tatra” markalı yük avtomobili ilə toqquşub. Hadisə nəticəsində “Karvan” klubunun futbolçuları - 26 yaşlı Amil Orucov və Fərid Məmmədov, 25 yaşlı Nicat Gülməmmədov, 28 yaşlı Eldəniz Orucov, 30 yaşlı Rövşən Vəliyev və 31 yaşlı Ramil Mehdiyev, eləcə də “Tatra”nın sürücüsü Elşən Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Yevlax şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına yerləşdiriliblər.

“Karvan” komandası “Şəmkir” komandası ilə oyuna gedirmiş. Faktla bağlı Yevlax rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.






22 Yanvar, 2011  20:08 Baxılıb: 2296 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner