Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SOSİAL

HİCAB PROBLEMİ HƏLL OLUNDUMU?

ELMİR ƏKBƏR: “MƏSƏLƏNİN BU CÜR FORMADA GÜNDƏMƏ GƏLMƏSİ ÇİY ADDIM İDİ” 

Təhsil Naziri Misir Mərdənovun məktəblərdə hicabın qadağan olunması ilə bağlı göstərişlərindən sonra cəmiyyətdə verilən qərarın ciddiliyi qıcıq yarandı. Hicab taxan məktəblilərin valideynləri, bəzi dini təşkilatlar müxtəlif səviyyədə diskuyalar təşkil edərək hadisəni pisləməklə yanaşı bunun qarşısıını alacaqlarını da bildirdilər. 
Bu mövzuda mətbuat da xeyli gəzişmələr etdi. Vəziyyəti daha qabarıq şəkil almasında yazılı mətbuatın da az rolu olmadı.
Amma son günlər hicab problemi öz həlini tapmış kimi görünür. Artıq məktəblilər baş örtüklərində istifadə etmirlər, qarşı tərəfdə də sakitlikdi. Əlbəttə bu təqdir olunası haldır. Hər bir cəmiyyət yalnız stabillik nəticəsində inkişaf edə bilər.
Hər halda hər şeyin belə sakit keçəcəyi də tam əmin deyilik. Simsar.az- a daxil olan məlumata görə, bəzi valideynlər baş örtüyündən imtina etmədikləri üçün övladlarına məktəbə getməyə qadağa qoyublar. Bəs sonra?Bu suala cavab vermek üçün psixoloq rəyinə ehtiyac duyduq. Çünki qarşı qarşıya duran tərəflərin hansını danışdırsaydıq,məsələyə birtərəfli münasibət bildirəcəkdilər. “Hicabla bağlı problem öz həllini tapıbsa, bu çox gözəldi. Ancaq mən düşünürəm ki, məktəblilərin hicab taxıb-taxmamısıyla bağlı məsələ problem halına gətirilməməli idi. Görünən mənzərə isə odur ki, nəticədə uşaqlar təhsildən yayınır. Təhsilimizdə bu qədər qlobal problemlər varkən, hicab məsələsinin üzərində bu qədər dayanmaq sadaca gülüncdür”- bu sözləri tanınmış psoxoloq Elmir Əkbər simsar.az saytına açıqlamasında bildirib.
10 yaşlı uşağın söz demək haqqı olduğunu bildirən psixoloq, bu məsələdə valideyn uşaq münasibətlərindən çox şey asılı olduğunu dedi :”Bu məsələnin bu cür formada gündəmə gəlməsi, düşünürəm ki, çiy addım idi. Konfilikt yaratmaq lazım deyildi. Bilirsiniz, bu çox mürəkkəb məsələdir.Biz hər zaman deyirik ki, tolerantıq. Hesab edirəm ki, bu halda hər kəs tolerantlıq nümayiş etdirməlidir” .

Aynurə






22 Yanvar, 2011  19:38 Baxılıb: 5599 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55