Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

TÜRKAN ŞORAY: «HEYDƏR ƏLİYEV MƏNƏ DEDİ Kİ…» – EKSKLÜZİV - FOTOLAR

Türkan Şorayın yazdığı "Kino və Mən" kitabının imza günü təşkil edilib

Türkan Şorayın “Berlin Türk Evində” imza günü təşkil olunub. Zalı dolduran Türklər saatlarla Türkan Şoray ilə görüşə bilmək üçün ayaqda növbə gözləyiblər. Türkan Şorayın yazdığı "Kino və Mən" kitabını ala bilmək üçün pərəstişkarları bir-biriylə yarışıb.

Tədbir zamanı Türkan Şoraya Azərbaycan mənşəli olduğuna dair sual verilib. Aktrisa soy köküylə bağlı dərin tədqiqat aparmadığını bildirib: “Ana tərəfindən Rumelinə, ata tərəfindən isə Qafqazlara mənsubam. Soy-kökümlə bağlı dərin tədqiqat aparmamışam, ancaq Naxçıvanlı olduğumuza dair rəvayətlər olduğunu bilirəm. Qısa müddət əvvəl Azərbaycana səfərim olub, orada da mənə böyük sevgi bəsləndiyinə şahid olmuşam”.

Türkan Şoray mərhum prezident Heydər Əliyevlə bağlı xatirəsini pərəstişkarları ilə bölüşüb: "Sovetlər dövründə "Səlvi Boylum, Al Yazmalım" filmim Bakıda nümayiş etdirilib. Azərilər filmi çox bəyənib və ondan sonra dünyaya gələn qız uşaqlarına "Türkan" adını veriblər. Azərbaycanda Türkan adının məşhur olduğunu mərhum prezident Heydər Əliyev mənə deyib”.

Türkan Şoray, Berlin Türk Evində dörd saatdan çox pərəstişkarları ilə tək-tək görüşüb.

Abdulkadir İnaltekin
Berlindən xüsusi olaraq Simsar.az üçün






30 Mart, 2013  16:10 Baxılıb: 2782 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


sagbanner