Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

11-ci Berlin Türk Film Həftəsi başa çatıb – FOTOLAR

.

11-ci Berlin Türk Film Həftəsi 16-24 mart 2013-cü il tarixlərində Berlində, “UCI Kino Colosseum” kino mərkəzində öz işinə başlayıb. 30-dan çox yeni Türk filminin nümayiş etdirildiyi 11-ci Berlin Türk Film Həftəsi xüsusi qonaqların iştirakı ilə beynəlxalq film festivalı səviyyəsində başa çatıb.

Türk kinosunun sultanı, aktirisa və rejissor Türkan Şorayın fəxri qonaq kimi dəvət olunduğu 11-ci Berlin Türk Film Həftəsində Türkiyənin Berlindəki səfiri Hüseyn Avni Qarslıoğlu, Türkiyənin Berlin Baş konsulu Əhməd Başar Şən, Almaniya Sosial Demokrat Partiyası (SPD) Baden-Vürtemberq vilayətinin İnteqrasiya naziri Bilkay Öney, Alman Yaşıllar Partiyası Berlin Millət vəkili Özcan Mutlu, Berlin Şəhərinin meri Klaus Voverayt (Klaus Wowereit), rejissor Osman Sınav, İnan Temelquran, film prodüseri Can Dündar, Zeyneb Altıok, Halide Qurt, aktrisalar Nurgül Yaşılçay, Ezgi Asaroğlu, Sumru Yavrucuk, Vedat Erincin, Büşra Pekin, Kenan İmirzalıoğlu, Tayanç Ayaydın, yazıcı Bircan Usallı da iştirak ediblər.

11-ci Berlin Türk Film Həftəsinin açılış filmi kimi nümayiş etdirilən "Aşk Qırmızı" filminindən sonra filmin rejissoru Osman Sınav, aktyorlar Nurgül Yaşılçay, Ezgi Asaroğlu, Tayanç Ayaydın film haqqında öz fikirlərini bildiriblər. Hamının həyəcanla gözlədiyi Türkan Şoray, tamaşaçıların arasından keçərək səhnəyə gəlib və zaldakı qonaqlar aktrisanı ayaqda alqışlayıb. Türkan Şoray alqışlar səbəbiylə bir müddət öz çıxışına başlaya bilməsə də, daha sonra gördüyü diqqət və əlaqədən duyduğu xoşbəxtliyi həyəcanla dilə gətirərək öz ürək sözlərini deyib: “Ənənə halını alan Berlin Türk Film Həftəsinin 11-cisinə fəxri qonaq kimi dəvət edildiyim üçün Selçuq Sazak Bəyə öz təşəkkürümü bildirirəm. Berlində sizlərlə bir yerdə olmaq mənim üçün həyatımın unudulmaz anlarıdır. “Berlin Türk Evində” təşkil olunan imza günündə də sizlərlə bir yerdə olacağam. Bir günümü sizlərə həsr edəcəyəm və hamınızla şəxsən ayrı-ayrı görüş keçirəcəyəm”

11-ci Berlin Türk Film Həftəsi çərçəvəsində nümayiş etdirilən "Uzun Hekayət" filminin tamaşasından sonra rejissor Osman Sınav və baş oyunçu Kənan İmirzalıoğlu tamaşaçılarla film haqqinda söhbət edib. "Uzun Hekayət" filmini təxminən on bir ildən bu yana Kenan İmirzalıoğlu ilə çəkmək üçün xəyal qurduqlarını söyləyən rejissor Osman Sınav, "Bu filmi çox xəyal etmişdik. Nəhayət ki, çəkdik"- deyib. Kenan İmirzalıoğlu da “həqiqətən məni həyəcanlandıran bir proyekt idi. İndi isə qaynar-qaynar burada sizlərdən ilk təsüratınızı almaq mənim üçün çox sevindiricidir” deyə danışdı.

Berlində Türk-Alman tamaşaçılar ilə bir yerdə olmaqdan duyduqlari xoşbəxtliyi ifadə edən aktyorlar Türklərin göstərdiyi diqqət və əlaqəyə təşəkkür ediblər.

Abdulkadir İnaltekin
Berlindən xüsusi olaraq Simsar.az üçün






30 Mart, 2013  15:53 Baxılıb: 2236 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner