Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

MSI tezliklə İlk Windows əsaslı WindPad 100W planşetini satışa çıxaracaq

Hələdə isfadəyə verilməyən qurğu

Hələ ötən ilin may ayında MSI şirkəti Windows 7 platforması əsasında işləyən ilk planşetini – WindPad 100 təqdim etmişdi. Amma bu qurğu bugünədək istifadəyə verilməyib. Səbəb odur ki, strategiyasını dəyişdirmiş şirkət əvvəlcə Android əsaslı planşet buraxmağa və yalnız bundan sonra Windows əsaslı qurğuları satışa çıxarmağa qərar verib.
Bütün bunlara rəğmən, satışa çıxarılacaq ilk planşet WindPad 100W olacaq. Bu barədə artıq MSI rəsmi açıqlama yayıb.
WindPad 100W Planşetinin Səciyyəvi Xüsusiyyətləri:
Ekran: Sensor maye-kristal displey (1024×600 nöqtə);
Prosessor: 1,6 GHz Intel Atom Z530 prosessoru;
Yaddaş: 2 Gb DDR2 əməliyyat yaddaşı və eləcə də 32 Gb SSD-daşıyıcı;
Proqram Təminatı: Qurğu Windows 7 Home Premium əməliyyat sistemi ilə işləyəcək. Wind Touch orijinal istifadəçi interfeysi xüsusilə təqdirəlayiqdir. Bu proqram təminatının tərkibinə bir sıra faydalı əlavələr daxildir: təsvirlərə baxmaq üçün MSI Easy Viewer, multimedia pleyeri, MSD, Skype, veb-brauzer və s.
İstifadəçiyə məxsus məlumatların tam təhlükəsizliyini təmin etmək üçün planşet həmçinin Easy Face – üzün tanınması sistemi ilə təchiz ediləcək. Bu sistem vasitəsilə MSN və veb-saytlara daxil olmaq mümkündür.
Proqram təminatı dəstinə həmçinin MS Word 2010 və MS Excel 2010 proqramlarının da daxil olduğu Microsoft Office Starter 2010 ofis paketi də əlavə edilmişdir.
Digər İmkanlar: 2 kamera, işıqlandırma sensoru, akselerometr, Multi-Touch texnologiyasını dəstəkləyən sensor panel.
Bundan əlavə, rabitə imkanlarına görə yığcam netbukdan geri qalmayan bu planşetdə USB və mini-HDMI portları da mövcuddur. Həmçinin qurğu kard-rider və Wi-Fi 802.11b/g/n modulla təchiz edilmişdir.
Planşetin Ölçüsü: 274х173х18,5 mm
Planşetin Akkumulyatorla Birgə Çəkisi: cəmisi 800 q.
Avtonom İşləmə Müddəti: Rəsmi məlumata görə, WindPad 100W planşeti avtonom rejimdə 6 saatdan artıq işləyə bilər.
Belə gözlənilir ki, MSI WindPad 100W planşeti satışa yanvar ayının sonu, təqribən 600 avro qiymətinə çıxarılacaq.






22 Yanvar, 2011  18:21 Baxılıb: 1929 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14



sagbanner