Rusiyanın Stavropol şəhərindəki bir evdə odlu silahla qətlə yetirilmiş 5 kişi və 3 qadının meyitləri tapılıb.
Rusiya Prokurorluğu İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin faktla bağlı bir qrup kriminalistlə birlikdə Stavropola yollanıb. Qətlin təhqiqatı üçün xüsusi qərargah yaradılacaq.
Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, cinayətin əsas versiyası kimi kriminal “razborka” əsas götürülür. Belə ki, öldürülənlərdən biri kriminal aləmdə “Xan” ləqəbi ilə tanınan şəxsdir. O, daha əvvəl də sui-qəsdə məruz qalıb.