Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

ISLAMÇILAR HAKİMİYYƏTƏ GƏLMƏK İSTƏYİR?

Qabil Hüseynli Əli Həsənovla həm razıdır, həm də yox

«Azərbaycanda islamı siyasiləşdirməyə cəhd göstərən qüvvələr var. Əslində, onlara hələlik qüvvə demək də olmaz. Hər halda müəyyən dairələr var ki, islamı siyasiləşdirməyə, islam adı altında, islam faktorundan istifadə etməklə insanları öz ətraflarına toplayıb siyasi hakimiyyətə gəlməyə cəhd edirlər». 
Bunu Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov «Mediaforum» saytına müsahibəsində deyib.

O bildirib ki, bu, ölkə Konstitusiyasına, qanunlarına ziddir:

«Azərbaycanda siyasi fəaliyyət azadlığı təmin olunub, lakin islamla siyasətin sərhədi, çərçivəsi də dəqiq müəyyən edilib. Ona görə də bu sərhədi keçən insanlar qanunla və qanun müdafiəçiləri ilə üz-üzə gəlməli olurlar».

Azərbaycanda siyasi islamın formalaşması istiqamətində üzdə olmayan dairələrin fəaliyyət göstərmələri artıq siyasi ekspertlər tərəfindən də qeyd olunmaqdadır. Bildirilir ki, siyasi müxalifət partiyalarının zəifləməsi fonunda dini qüvvələrin güclənməsi başadüşüləndir.
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Azərbaycanda siyasi islamın yetərincə bazası yoxdur: «Ölkədə islam partiyasının təşkilatlanması yönündə proseslər gedirdi. Əgər inansaq ki, İslam Partiyasının sədrinin qohumunun və Gəncə təşkilatının sədrinin evindən silah çıxıb o zaman bu qüvvələrin hakimiyyətə gəlmək cəhdlərinin olduğunu söyləmək olardı. Bu partiyanın hədəfi hakimiyyətə gəlmək idi. Amma onun qeydiyyatdan keçməməsi və cəmiyyət tərəfindən qəbul olunmaması hakimiyyətə gəlmək imkanlarını heçə endirir. Cəmiyyət dini cərəyanları özünə yaxın buraxmır».

RAMİN






21 Yanvar, 2011  21:12 Baxılıb: 1987 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner