Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SOSİAL

SƏHİYYƏ NAZİRLİYİNİN AÇIQLAMASINA SİMSAR.AZ-DAN ARAŞDIRMA YAZI

Nisbi hesabla Azərbaycanda QİÇS-ə yoluxanların sayı 20-30 min arasında dəyişir

Hazırda dünya ictimaiyətini narahat edən problemlərdən biri və bəlkə də birincisi Qazanılmış İmmun Çatışmazlğı Sindromu(QİÇS) xəstəliyinin sürətlə yayılmasdır. Bəşəri bəla sayılan QiÇS xəstəliyi dünyanın heç bir ölkəsindən yan keçməyib. Bu gün dünyada 30 milyondan çox insan HİV-lə yaşayır ki, bunun da 95%-i inkişaf etməkdə olan ölkələrin payına düşür. QİÇS epidemiyası hər il milyonlarla insanın həyatına son qoyaraq, bir çox ölkələrin iqtisadi və demoqrafik əsaslarına sarsıdıcı təsir göstərir. Effektiv dərman axtarışı isə hələ nəticəsizdir. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, 2010-cu ildə yer kürəsində QİÇS-lə yaşayan insanların sayı 33,2 milyon nəfər təşkil edir ki, onların da 15,4 milyonu qadınlar, 2,5 milyonu isə uşaqlardır. Azərbaycanda da QİÇS sürətlə yayılır. Azərbaycanda ötən il QİÇS-dən 52 nəfər ölüb. Respublika QİÇS-lə Mübarizə Mərkəzindən “Simsar.az”a verilən məlumata görə, BMT-nin İİV/QİÇS üzrə Birləşmiş proqramının (UNAİDS) hesabatında son 10 ildə yeni yoluxma hallarının və son 5 ildə QİÇS-dən ölüm hallarının 20% azalması, İİV-lə yaşayan insanların sayının isə stabilləşməsi qeyd edilib. İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxil olan Azərbaycanda isə, epidemiya əsasən yüksək riskli qrupa aid olan inyeksion narkotik istifadəçiləri arasında yayılıb, lakin son illər cinsi yolla yoluxanların sayı da artıb. Bununla belə, son 4 il ərzində Azərbaycanda yeni İİV-ə yoluxmuş insanların aşkar olunması eyni səviyyədə qalmaqdadır. 

Bəzi statistika: Ölkədə 459-dan çox QİÇS-li var

2010-cu ildə Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 459 təşkil edib. Onlardan 97,4% Azərbaycan vətəndaşı, 2,6% isə əcnəbi vətəndaşdır. Qeydiyyata alınmış Azərbaycan vətəndaşından 80,3% kişi, 19,7% qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə keçən Azərbaycan vətəndaşlarının sayı 244 nəfər, QİÇS-dən dünyasını dəyişmiş vətəndaşların sayı 52 nəfər olub.




Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirilib. Belə ki, QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun və Səhiyyə Nazirliyinin dəstəyi ilə 08.11.2006-cı il tarixdən tədbiq edilən antiretrovirus terapiyaya hazırda 587 İİV-lə yaşayan insan cəlb olunub, onlardan 257 nəfərə müalicə 2010-cu ildə başlanılıb
Hakbuki, 2009-cu ildə bu göstərici 50 idi. Respublika QİÇS-lə Mübarizə Mərkəzində 1987-2007-cı illər ərzində ümumilikdə 1379 nəfərdə HİV-ə yoluxma faktı qeydə alınıb. 2008-ci ilin 8 ayı ərzində isə Azərbaycanda 193 yeni HİV-ə yoluxma faktı qeydə alınıb. Bunlar rəsmi rəqəmlərdi. Əslində isə ölkədə əhalinin SPİD adlandrdğı QİÇS xəstəliyinə tutlanlarn sayı dəfələrlə çoxdur. Bunu konkret faktlarl sübut edəcəyik.

QİÇS-ə kimlər və necə yoluxur?

17 yaşlı HİV virusu daşıyıcısı Elnarə Əhmədova yəqin yadınızdadır. «Uşaq evlərinə qayğı» İctimai Birliyinin sədri Sahib Teymurov tərəfindən aşkarlanan və ictimaiyyətə təqdim olunan bu yeniyetmə çox keçmədi ki, hüquq-mühafizə orqanları tərəfindən həbs olundu. Sonra onun haqqında cinayət məcəlləsinin 140-cı maddəsi ilə cinayət işi açdılar və nəticədə 17 yaşlı bu qızc 9 ay müddətinə azadlıqdan mərum edildi. Məhkəmədə “ölüm mələyi”nin daşıyıcısı olan Elnarə Əhmədovanın etdiyi etiraflar isə dəhşətli idi. Yetim, kimsəsiz kimi zorakılıqlara məruz qalmış, Azərbaycan cəmiyyətinin əxlaqsızlaşan mühiti ilə üzləşmş bu gənc qız QIÇS xəstəsi olduğunu etiraf etdi. Onun “Mənimlə münasibətdə olan 200 nəfərə yaxın şəxs bu xəstəliyə yoluxa bilər” etirafı isə Azərbaycanda insanların sağlamlığının ümumiyyətlə qorunmadığnı təsdiqləyən əyani faktdı.


Dəhşətli budur ki, Səhiyyə Nazirliyinin QIÇS-lə Mübarizə Mərkəzi bunlara heç nə olmamış kimi reaksiya verdi. Nəticədə nə bəlli oldu? Aydınlaşdı ki, QIÇS virusunun daşıdığı səhiyyə sisteminə bəlli olan və normal insan kimi vətəndaşlarla təmasda quran təkcə Elnarə Əhmədova deyilmiş.
QIÇS-lə Mübarizə Mərkəzindən verilən məlumata görə, nəzarətsiz 30 SPID daşıyıcısı var. Təkcə bundan aydınlaşır ki, 30 nəfər hazırda müxtəlif vətəndaşlarla əlaqədə olaraq onları QIÇS-ə yoluxdurur. Diqqət yetirin: Elnarə Əhmədova 2003-cü ildə QIÇS virusuna yoluxub. O, 2005-ci ildə 1 saylı şəhər xəstəxanasında uşaq dünyaya gətirib. Ancaq bu zaman belə bizim şanlı həkimlərimiz onun bu qorxulu xəstəliyin daşıyıcısı olduğunu müəyyən edə bilməyib.
Yeri gəlmişkən qeyd edək ki, artıq üç ildir ki, E.Əhmədova azadlıqdadır. Mətbuatın yazdığına görə, yetkinlik yaşına çatmamış virus daşıyıcısı yenidən paytaxtın barlarına gedir və seks-bizneslə məşğul olur. Səhiyyə Nazirliyi isə onunla ümumiyətlə maraqlnmır. Niyə də maraqlansın axı?
Bildirək ki, “Qlobal Fond” hər il 10 milyon dolları məhz QIÇS-lə mübarizə, bu xəstəlikdən əzab çəkənlərin müalicəsi üçün ayırıb. Necə başa düşək ki, bunun qarşılığında QIÇS-lə Mübariz Mərkəzində müalicə pulludur? Yalnız bəzi dərmanlar və müayinələr pulsuz həyata keçirilir. Elnarə Əhmədova kimi onlarla xəstənin müalicəsi necə və niyə doğru təşkil edilmir? Yaxud ümumiyyətlə, təşkil edilirmi?
Ümumdünya Səhiyyə Təşkilatının ekspertlərinin belə bir fikri var ki, hər bir ölkədə QİÇS-dən ölənlərin sayı birdən ona qədər vurula bilər. Azərbaycan üçün bu rəqəmi təxminən beşə vururulur.

XƏSTƏLİYİN YAYILMA SƏBƏBLƏRİ

QIÇS-lə Mübarizə Mərkəzində 1500 nəfər rəsmi olaraq qeydiyyatdadır. Lakin araşdırmalar göstərir ki, HİV virusunun daşıyıcılarının sayı 20-30 min arasında dəyişir. Hansı ki, onların çoxu nəzarətdən kənardır. Belələri hər gün xəstəlik yayıcılarıdır. Deməli, günü-gündən vəziyyət ağırlaşır. Minlərlə insan, körpə, qadın, gənc bu xəstəliyin daşıyıcısına çevrilir. Nəzərə alsaq ki, Azərbaycan kimi ölkələrdə vətəndaşların sağlamlıqları ilə davamlı məşğul olmaları, müayinədən keçmələri problemlidir, onda bu xəstəliyin daha da artacağı istisna olunmur.

Ölüm yayan obyektlər himayə olunur

Əlbəttə, bu gün hər bir kəsi QİÇS-ə yoluxanların təkcə müalicəsi deyil, eyni zamanda onun başvermə səbəbləri, yaranma şəraiti də maraqlandırır. Bəzi hallarda mütəxəssislər bunun qarşısını almaq üçün yeniyetmə və gənclər arasında maarifçilik və təbliğati tədbirlərin daha da gücləndirilməsini əsas sayırlar. Biz də bununla razıyıq. Amma məsələnin başqa bir tərəfi də var və elə məsələnin bu tərəfini diqqətdə saxlamamaq ən azından bəlanı görüb ona göz yummaqdır.
Bu gün Azərbaycanda QİÇS-ə yoluxma hallarının artması ehtimalı yüz yox, min faizdir desək, heç də səhv etmərik. Təsəvvür edin. İstənilən an cinsindən, yaşından, kimliyindən, hətta vəzifəsindən asılı olmayaraq hər bir kəs QİÇS daşıyıcısına çevrilə bilər. Ətrafa diqqət yetirmək kifayətdir. Özü də bu, QİÇS-ə yoluxma obyektləri heç də gizi fəaliyyətdə olan obyektlərlə bağlı deyil. Gecə barları, masaj və gözəllik salonları, istirahət mərkəzləri, tanışlıq məqsədi ilə İnternet saytda yerləşdirilən elanlar, yeməkxana və restorandakı qapalı otaqlar, eləcə də hər bir məhlədə qeyri-leqal fəaliyyət göstərən ayrı-ayrı insanların mənzillərində QİÇS-in virusları yetişir desək, heç də səhv etmərik.
Bundan başqa gözəllik salonları bədənə müxtəlif fuqurlar döydürülməsi də SPİD-in mənbəyi sayılır. Mütəxəssislər hər orqanizmin xüsusi döymələri qəbul etmədiyini deyir. Tatuirovkanı bədənə kimin və necə döydüyü tam aydın olmadığı üçün müştərinin AİDS-sə yoluxma ehtimalı böyükdür. Burada mexaniki və kimyəvi faktor məsələsi var. Mexaniki faktor-iynədir, kimyəvi faktor isə rəngdir. Tatuirovka döyülərkən xüsusi rənglərdən istifadə edirlər. Dəriyə vurulan rənglə orqanizm arasında uyğunsuzluq olanda bu rəng bəzi adamlara allergen kimi təsir edib, bədəndə kontaktlı allerqik dermatit verə bilər. Beləliklə gözəllik salonları, insanları müasir dünyanın ən faciəli xəstəliyi ilə üz-üzə qalmasına şərait yaratdır.

Dubaydan SPİD idxal olunur

Türkiyəyə, Dubaya, ərəb ölkələrinə aparılaraq bədəni hərraca çıxarılan qız-qadınların gətirdiyi xəstəlikləri də əlavə etsək, bu gün Azərbaycanın böyük bir bəla ilə hələ üzləşmədiyinin şahidi olarıq. Hələ biz neçə-neçə təsadüfi görüşləri, ayaqüstü tanışlıqları demirik. Elə bir müdət əvvəl Dubayda özü və qızı SPİD-ə yoluxan Tovuzlu gəlinin dedikləri buna əyani misaldır. O, orada özü kimi minlərlə qız-gəlinin olduğunu, onları da bu xəstəliyə tuitulduğuna şübhə etmədiyini deyir. Acınacaqlı faktdır ki, Dubayda SPİD-ə yoluxan qədim peşə sahibləri Azərbaycand fəaliyyətini davam etdiri, minlərlə gənci bu xəstəliyə yoluxmaq təhlükəsilə üz-üzə qour. Azərbaycanın Səhiyyə Nazirliyi və hüquq-mühafizə orqanları isə bunun qarşısını almaq əvəzinə daha da əlverişli şərait yaradırldar. Biri bu sahəyə ayrılan pul mənimsəməklə, digəri isə SPİD xəstəliyinin yayılmasında xüsusi rolu olan gecə barlarını, massaj salonlarını, istirahət mərkəzlərini himayə etməklə.
Səhiyyə Nazirliyinin ölkədə HİV virusuna yoluxanlarının sayının daha da çoxalmasıyla bağlı rəsmi açıqlamasına münasibət bildirən Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova saytımıza açıqlamasında son illərdə bu yoluxucu xəstəliyin yaşının cavanlaşdığını bildirdi: “İldən-ilə rəqəmlər artır. Bu xəstəliyə yoluxanların yaşı həddi əvvəllər 30-35 yaş arası idisə, indi bu rəqəm daha da aşağı düşüb. İndi bu xəstəliyə yoluxanların əksəriyyəti cavanlar və yeniyetmələrdi. Yoluxma halları daha çox narkotik vasitələrin infeksiya yoluyla istifadəsi zamanı, həmçinin, qanköçürmə və seksual əlaqə nəticəsində baş verir. Hansı ölkədən miqrantlar daha çoxdursa, orada bu kimi yoluxucu xəstəliklər də çox olacaq. Digər əsas amillərindən biri Azərbaycana bu xəstəliyin Rusiyadan gətirilməsi də xeyli üstünlük təşkil edir”. Mərkəz rəhbərinin sözlərinə əsasən belə xəstələr Rusiyadan gəlir və onların bəziləri ailəli də olurlar. Beləliklə özləri də bilmədən ailələrinə və digərlərinə bunu yayırlar”.
Biz isə bu yazını SOS siqnalıyla bitirməyə məcburuq.


AYNURƏ






21 Yanvar, 2011  21:06 Baxılıb: 2644 Çap

Bu bölmədə

27 Noyabr, 2024
Sabah leysan yağacaq
18 Noyabr, 2024
Sabah qar yağacaq

XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16