Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

MÖVSÜM SƏMƏDOV SİYASİ MƏHBUS OLDU

Onun həbsi Strazburqda qaldırılacaq

Dövlət qeydiyyatı olmayan Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədova qarşı Cinayət Məcəlləsinin 4 maddəsi ilə cinayət işi qaldırılıb - 214.2.1; 214.2.3; 228.3 və 278. “Simsar.az” saytı həmin maddələri təqdim edir.

Maddə 214. Terrorçuluq

214.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə;

214.2.3. odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə -

əmlakı müsadirə olunmaqla on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 228. Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə

228.3. Mütəşəkkil dəstə tərəfindən törədildikdə -

beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Maddə 278. Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama

Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər -

on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Hüquq müdafiəçisi Novella Cəfəroğlu saytımıza açıqlamasında həm M.Səmədovun, həm də Nemət Pənahlının məsələsinin AŞPA -da müzakirəyə cıxarılacağını bildirdi.

Mövsüm Səmədov yanvarın 2-də Azərbaycan İslam Partiyası Baş Məclisinin iclasında çıxış edərək məktəblərdə hicaba qadağa qoyulmasını kəskin pisləyib və hakimiyyətin ünvanına ittihamlar səsləndirib. Məhəmməd Peyğəmbərdən “dinə tərəf bəla gəlsə, canınızı verin, dininizi qurtarın” deyə sitat gətirən AİP lideri Azərbaycan xalqını “ayağa qalxmağa və zalım rejimə son qoymağa” çağırıb.

Yanvarın 7-də Mövsüm Səmədov polisə tabe olmamaqda təqsirli bilinərək 13 sutka inzibati həbsə məhkum edilib. 13 sutkalıq həbs cəzası yanvarın 20-də bitib. Bütün bu müddətdə o, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıb. Yanvarın 20-də ona ittihamlar irəli sürülüb və Nəsimi Rayon






21 Yanvar, 2011  19:32 Baxılıb: 2298 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54






sagbanner