Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

AQRESSİYA YARADAN QULAQCIQLAR – ARAŞDIRMA

/

Sanki bu dünyanın səs-küyündən, dərd-qəmindən, ətrafda baş verənlərdən uzaq olmağa çalışaraq öz aləmlərinə çəkilən, harada olmalarına diqqət yetirmədən sevdikləri musiqiləri dinləmək üçün qulaqcıqlardan istifadə edənlərlə tez-tez rastlaşırıq. Günün demək olar ki, əksər hissəsini qulaqcıqla keçirənlər ətrafdakı insanların, avtomobillərin səs-küyünü eşitməmək üçün, bəzən də əyləncə xatirinə bu üsula əl atsalar da, yəqin ki qulaqcıqların insana göstərdiyi mənfi təsirlərdən xəbərsiz deyillər.

Gündəlik qulaqcıqdan istifadə edən İlhamə Feyziyeva qulaqcığın onun üçün zərərli olduğunu bilir və çox öyrəşdiyini, lakin birdəfəlik imtina edə bilmədiyini söyləyir: “Gün ərzində bir neçə saatımı qulacıqla musiqiyə qulaq asmaqla keçirirəm, ziyanlı olduğunu bilirəm ama çox öyrəşmişəm, birdəfəlik imtina edə bilməsəm də, yavaş-yavaş azaltmağa çalışacam. Nə qədər alınacaq bilmirəm. Əsasən yolda, metroda vaxtım keçsin deyə qulaq asıram, hətta eyni musiqiyə saatlarla təkrar-təkrar qulaq asmağı sevirəm. Yolda maşınların siqnal səsləri, insanları hay-küyündən çox yoruluram, gün ərzində iş şəraitində olduğuma görə musiqi mənə istirahət üçün ən optimal yoldu. Digər səsləri eşitməmək üçün səsini daha da yüksəldirəm, ama gecə yatanda, sakitlik olanda beyinimdə bir uğultu olduğunu hiss edirəm, bu daha çox musiqiyə qulaq asanda, qulaqcıqdan daha çox istifadə edəndə baş verir”.

Qulaq-burun həkimi Mahmud Mustafayev deyir ki, uzun müddət yüksək səsli musiqiyə qulaq asmaq qulaq sinirlərinə və eşitməyimizi təmin edən qulaq hüceyrələrinə öldürücü təsir göstərir. Qulaqlara zərər verən bir çox şey var ki, onlardan ən böyük təsir qulaqcıqlardır. Qulaqcıqlar səsin şiddətini birbaşa qulağa ötürür. Bu səs oradan da iç qulağa və qulaq sinirlərinə yönəldiyi üçün istifadəçilər zərərin böyük olduğunu nəzərə almalıdırlar. Qulaqcıqdan çıxan səsin çox şiddətli olması iç qulaqdakı qulaq sinirlərini və eşitməmizi təmin edən qulaq hüceyrələrini məhv etdiyi üçün, sonradan qulaqda yaranan fəsadları aradan qaldırmaq qeyri-mümkündür.
Həkim uzun müddətli və yüksəksəsli musiqiyə qulaq asmağın fəsadlarından birinin də qulaq cingildəməsi və qulaqda uğultu meydana gəlməsi olduğunu bildirir: “Sinirlərin məhv olmasından qaynaqlanan cingildəmə və uğultu sonra eşitmənin zəifləməsinə və karlığa səbəb ola bilər. Buna görə də, əgər musiqiyə davamlı olaraq qulaq asılırsa, bunu yüksək səsli deyil, normal tonda etmək lazımdır”. Həkim onu da deyir ki, qulaqcıqla musiqi dinləmək gənclər arasında hobbiyə çevrilib. “Ancaq bəlli bir vaxtdan sonra qulaqlarımız daha çox zərər görməsin deyə, qulaqcıqdan ara-ara istifadə etmək lazımdır. Əgər qulaqcıqla uzun müddət və yüksək səslə musiqi dinləmək sizin üçün vacib şərtlərdən biridirsə, o zaman qulaqcıqları seçərkən düzgün seçim etməlisiniz. Qulaqcıqda problem yarandığı təqdirdə səs şiddəti dəyişir və bu səs birbaşa qulaq zərinə, ordan da iç qulağa və qulaq sinirinə yönəlir. Bu da gələcəkdə karlığa gətirib çıxara bilər”.
Həkim qulaqcıq seçərkən nələrə diqqət yetirməli olduğumuzu bildirir: “Elə qulaqcıq seçilməlidir ki, səsi daxili qulağa yox, çölə versin. İndi satışda yeni qulaqcıqlar var ki, onlar səsi qulaq kanallarına birbaşa ötürür. Bu çox ziyanlıdır. Qulaqda olan bakteriyaları artırır, qulaqda müxtəlif xəstəliklər yaradır”.
Həkimin tövsiyələri
Qulaqcıqların ziyanını azaltmaq üçün səsin yüksəkliyinə nəzarət etmək lazımdır, musiqi dinlərkən cihazın səs səviyyəsini 50%-dən çox olması, eşitmə itkisinin riskini daha da artırır. Gün ərzində 1 saat belə musiqiyə qulaq asmaq daha münasibdir. Qulaq pərdələrinin hər gün yüksək səslərə məruz qalması, insan orqanizminə fəsadsız ötüşmür. Bu gələcəkdə eşitmə qabliyyətinin zəifləməsinə və karlığa gətirib çıxara bilər.
Qulaqcığın insan psixologiyasına zərəri
Qulaqcıqlar insan psixologiyasına da mənfi təsir göstərir, psixoloq Fərəh Kamilova gecə-gündüz musiqiyə qulaq asmaq psixikada yorğunluq yaradır. “Qulaqcıqlarla az müddətdə musiqiyə qulaq asmaq insana müsbət təsit göstərir, amma bunun uzun müddətli olması insanı qapalılığa doğru aparır. Mobil telefonlarla musiqiyə qulaq asmaq həm şüalanmaya, həm də beyinin yorulmasına səbəb olur. Qulaqcıqlarla musiqiyə qulaq asmaq insanların əsəbi və aqressiv olmasına səbəb olur. Emosional, psixikası zəif insanlara yüksəksəsli qəmgin musiqilərə, aqressiv olanlara isə yüksəktonlu musiqilərə qulaq asmaq olmaz. Bu hal həmin şəxslərdə adıçəkilən duyğuları daha da artırar, onların depresiyaya məruz qalmasına səbəb ola bilər.

Turanə Zeynallı






15 Mart, 2013  18:56 Baxılıb: 3685 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner