Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Eynulla Fətullayev: “Prezidentin dostunu həbsdə saxlayırsız”

Bu gün Bakı Apelyasiya Məhkəməsində “Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru Eynulla Fətullayevin məhkəməsi keçirilib. 

“Simsar.az» verdiyi xəbərə görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə E. Fətullayev Bakı Apelyasiya Məhkəməsinin sədri İman Nağıyevə vəsatət ünvanlayıb. Vəsatətdə məhkəmə tərkibinə etiraz yer alıb. O, vəsatətini oxuyub: “Mən hakimlərə etiraz edirəm. Onlar işə obyektiv baxmır. Necə olur ki, prezident jurnalistlərin dostu seçilir. Siz isə onun dostunu həbsdə saxlayırsınız”. 

Dövlət ittihamçısı isə məhkəmədən qaldırılan vəsatətə baxılmamış saxlanmasını istəyib. Hakimlərin qısa müşavirəsindən sonra məhkəmə vəsatətin baxılmamış saxlanıldığını elan edib.

Daha sonra E. Fətullayevin vəkili İsaxan Aşurov ezamiyyətdə olduğu üçün onun yeni vəkili Anar Qasımova söz verilib. Müdafiəçi iş materialları ilə yaxından tanış olmaq üçün məhkəmədən 14 iş günü müddətində vaxt istəyib. Hakim isə vəkilin vaxtı çox istədiyini bildirərək, növbəti prosesi yanvarın 25-ə təyin edib.

Qeyd edək ki, baş redaktor 2007-ci il aprelin 20-də həbs edilib. O, 2005-ci ildə yazdığı “Qarabağ gündəliyi” adlı silsilə yazılarında Xocalı sakinlərini təhqir etməkdə günahlandırılıb və ona 2 il 6 ay həbs cəzası verilib. Daha sonra ona əlavə ittihamlarla 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 2009-cu il dekabrın 30-da isə 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan E. Fətullayevin üzərində 0,223 qram həcmində heroin aşkarlanıb. Bu iş üzrə onun 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. 

Ötən ilin aprel ayının 22-də isə Avropa İnsan Hüquqları üzrə Avropa Məhkəməsi həbsdə olan jurnalist Eynulla Fətullayevin Azərbaycana qarşı şikayətinə baxıb. Avropa Məhkəməsi E. Fətullayevin dərhal azadlığa buraxılması barədə qərar çıxarıb.






21 Yanvar, 2011  19:14 Baxılıb: 2293 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner