Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Evsiz sənətkarlar…

   

 

 

 

 Kənardan baxanda adama elə gəlir ki, sənət aləmində olan insanlar heç vaxt maddi sıxıntının nə olduğunu bilmirlər. Və hamısı da yağ-bal içində yaşayırlar; topdağıtmaz evləri-villaları, bağları, bahalı avtomobilləri var.
Amma heç də göründüyü kimi deyilmiş...
 Apardığımız sorğu nəticəsində bəlli oldu ki, illərlə sənətdə külüng vuran elə xalq artistlərimiz var ki, onların nəinki birotaqlı mənzili var, hətta, kirayələrdə can çürüdürlər. Məsələn, xalq artisti, Nuriyyə Əhmədova kimi.

Nuriyyə Əhmədova :“Kirayələrdə qalmaqdan canımız da xəstə düşüb”
40 illik sənət fəaliyyəti olan aktrisa uzun illərdir ki, kirayələrdə qalır. «Dərdimi heç yerdə deyə bilmirəm. Əliı olduğu üçün həyat yoldaşım heç yerdə işləmir, oğlum işsizdir, hamısına mən baxıram. Kirayələrdə qalmaqdan canımız da xəstə düşüb. Yenə sağ olsun, prezidentimizi 1000 manat təqaüd dadımıza çatır, yoxsa batarıq. Kinodan aldığım qəpik-quruşla dolanmaqmı olar?»
Aktisa iki dəfə ev növbəsinə dayanıb; birinci dəfə 1968-ci ildə Musiqili Komediya Tetarında, ikinci dəfə isə 1982-ci ildə kinostudiyada. İkisində də xəyal qırıqlığına uğradılıb: «Adım siyahıdan necə çıxarıldı, xəbərim də
olmadı. Sonralar da «Baksovet»ə müraciət etdim, dedilər ki, mənzilimiz yoxdur. 60 yaşım var hələ də ev gözləyirəm». Naəlac qalan aktrisa son ümidini mədəniyyət və turizm naziri Əbülfəz Qarayevə bağlayıb. «Nazirlə görüşüb dərdimi demək istəyirəm, çox ürəyiyumşaq adamdır, halıma yanar»-deyən Nuriyyə xanım kirayələrdən canı qurtaran gün nəzir də paylayacaq: «Sənət adamıyam, adam arasına çıxanda yaxşı geyinməliyəm, amma çox vaxt mağazalardan nisyə pal-paltar alııram. Özüm də utanıram. İndi soruşdunuz ürəyimi açdım, çox adam bilmir bunları.»
Təkcə öz problemini danışmaqla kifayətlənməyən Niriyyə xaımın bizdən bir təvəqqesi də oldu: «Sən Allah, o biri həmkarlarımın da dərdini yazin, bəlkə oxuyub çarə qılarlar. Həmkarım Əjdər Həmidovun evi pis gündədir. Dədə-baba köhnə dar mənzildə qalır. Qorxmaz Əlili iki uşağı, ailəsi ilə birgə iki balaca otaqda zülüm çəkir. Aktrisa onu da dedi ki, adını çəkdiyi həmkarları abırlarına qapılıb, heç vaxt mənzil problemləri barədə danışmırlar.



Oqtay Rəcəbov: “Gəlinləri hara gətirəcəyəm”?
Xalq artisti, tanınmış bəstəkar Oqtay Rəcəbov da «içi özünü, çölü özgəni yandıranlar» sırasındadır. Uzun illərin sənətkarı olsa da, hələ ki, ailəsi və 3 övladı ilə ata-baba mənzilində yaşayır. Dediyinə görə, həmin ev onun həm yaşayış, həm də yaradıcılıq məkanıdır. Hətta, evsizlik problemi bəstəkara iki oğlunu evləndirməyə imkan vermir. «Gəlinləri hara gətirəcəyəm»? - deyən Oqtay Rəcəbov problemin həlli üçün kiməsə ağız açmağı da özünə ar bilir. Daha doğrusu, bunu qüruruna sığışdırmır. Amma bəstəkar tezliklə mənzil şəraitinin yaxşılaşacağına ümid edir.

Xanım Qafarova:“Adam xəcalət çəkir”

Musiqili Komediya Tetarının aktrisası, əməkdar artisti Xanım Qafarovanın da adı evsizlər sırasındadır. Neçə illərdir kirayə mənzildə yaşayan aktrisa dəfələrlə əlaqədar qurumlara ağız da açıb, amma dərdinə çarə qılan tapılmayıb. Əvvəllər ata-baba evində yaşayan, sonralar ailə quran aktrisa həyat yoldaşının evi olmadığından bir qızı ilə kirayədə qalır: «Yaradııcı adamın kirayədə qalması dəhşətdir. Bir yandan adam xəcalət çəkir, çünki 20 ildən artıq səhnədə olan aktrisanın kirayədə qalması xoşagələn iş deyil. İşdən yorğun evə gəlib dincəlmək istəiyrsən, amma özgə evində bu mümkün deyil. Çünki beynində olan maddi problemlər rahatlanmağa da imkan vermir.»

Novruz Qartal: “Elə vaxt olub, borc tapıb ev sahibinin pulunu vermişəm”
Eyni teatrın digər aktyoru, 40 ildən artıq səhənədə korifye sənətkarlarla tərəf-müqabili olan Novruz Qartala təkcə evi deyil, fəxri adları da çox görüblər. İnansaq da, inanmasaq da, aktyor 10 ildən artıqdır ki, kirayədə qalır. Özü də beş nəfər ailə üzvü ilə. Ayda 300 manat kirayə pulu verən N. Qartal məvacibinin də buna çatmadığını deyir: «Tetarda aldığım məvacib 224 manatdır, kirayə haqqı isə 300. Ordan-burdan aldığım qonarar-filanla birtəhər məvacibimin üstünü düzəldib kirə haqqını verirəm. Allaha and olsun, elə vaxt olub, borc tapıb ev sahibinin pulunu vermişəm.» Hətta onun kirayədə qalmasına şübhə ilə yanaşanlar da var: «Üzümə deyənlər var ki, Novruz müəllim, yəqin başqa yerdə evin var, qəsdən kirayədə qalırsan. Deyirəm Allah ağzınızdan eşitsin, evim olsaydı, daha niyə ömrümün 10 ilini kirədə çürüdürdüm.»
Öyrəndik ki, aktyor dəfələrlə lazımi qurumlara teleqram və məktublarla müraciiət edib. Amma məktublarının hamısı üstünə qayıdıb; deyiblər ki, evimiz yoxdur.

Bu siyahını uzatmaq da olar, əməkdar artist Səidə Quliyeva, Gənc Tamaşaçılar teatrının aktyorları Nicat Kazımov və Elşən Rüstəmov da eyni problemi yaşayırlar. Qeyd edək ki, bu cür problemi olub, ancaq dilə gətirməyi özünə «ayib iş» sayan sənətçilərimiz də var. Adlarının çəkilməsini istəməyən həmin sənətçılər «danışsaq da bunun xeyri olmayacaq»-deyib dərdlərini içlərində çəkməyi məqsədəuyğun saydılar. Hər halda, «özləri bilən məsləhətdir», deyib çox da dərinə getmədik.
Firəngiz Həmidova

 

 

 






21 Yanvar, 2011  17:57 Baxılıb: 1589 Çap

Bu bölmədə


XƏBƏR LENTİ














5 Oktyabr, 2020  16:37












28 Sentyabr, 2020  10:11



28 Sentyabr, 2020  09:26


18 Sentyabr, 2020  11:09

18 Sentyabr, 2020  09:52



17 Sentyabr, 2020  10:18

16 Sentyabr, 2020  09:30






10 Sentyabr, 2020  10:09




9 Sentyabr, 2020  14:11




sagbanner