Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SİYASƏT

Şəhid anaları müxalifətə etiraz edir

«Şəhidlər Xiyabanını ziyarət zamanı siyasi şüarlar səsləndirmək qəhrəmanların ruhuna hörmətsizlikdir»

20 Yanvarda Şəhidlər Xiyabanını ziyarət edən müxalifət partiyalarının siyasi şüarlar səsləndirmələri və polislə qarşıdurma yaratmaları şəhid anaları tərəfindən narazılıqla qarşılanıb. 
AXCP Gənclər Təşkilatının “Azadlıq uğrunda öldü şəhidlər, azadlıq görmədi vətəndaşları!” şüarı yazılan plakatlarlının qabaqcadan düşünülmüş plan hesab edən şəhid anaları bildirirlər ki, 20 Yanvar günü müxalifətçilərlə polislər arasında qarşıdurmanın baş verməsi, qarşılıqlı təhqir dolu ittihamların səsləndirilməsi Azərbaycanın nə milli və nə də dini dəyərləri ilə bir araya sığmır.
Qeyd edək ki, 20 Yanvarda polislər gənc müxalifətçilərin plakatlarını yığışdırdıqdan sonra gənclər əllərini qaldıraraq “Azadlıq, azadlıq!”,- deyə qışqırmağa başlayıblar və polislə qısa müddətli toqquşma yaşanıb.
Polis müxalifətə birlikdə deyil, bir neçə qrupa bölünərək hərəkət etmək əmr edildi. Bu zaman Müsavat başqanının İsa Qəmbər “Bölücülük salmayın, insanları bölməyin”,- sözləri onların qarşısını kəsən bir polis mayorunu qəzəbləndirib. Mayorun Müsavat başqanına xitabən “Mənə barmaq silkələmə, barmağını qıraram”,- deməsi isə müxalifət təmsilçiləri ilə polis arasında növbəti gərginliyə səbəb oldu. AXP sədri Pənah Hüseyn və Arzu Səmədbəyli ilə polis arasında söz davası və qarşıdurma baş verdi. Bütün ziyarətçilərin etirazlara qalxmasından sonra isə polis geri çəkdilib.
Redaksiyamızla əlaqə saxlayan «Şəhid Anaları» Müdafiə Mərkəzinin rəhbəri Məlahət Bəsdiyeva bildirir ki, şəhidlərin anım günündə belə bir insdentin baş verməsi utancverici hərəkətdir.
Mərkəz bəyanatında müxalifəti milli qürur yerimiz olan Şəhidlər
Xiyabanından öz siyasi maraqları üçün istifadə etməməsi çağırır.

RAMİL






21 Yanvar, 2011  16:57 Baxılıb: 3011 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
29 Noyabr, 2024  12:14

27 Noyabr, 2024  13:23


18 Noyabr, 2024  14:19

18 Noyabr, 2024  13:18


30 Sentyabr, 2024  12:25


16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16