Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Pənah Hüseynin «naxçıvanlaşdırmaq istəyirlər» açıqlamasına cavab gəldi

Fərəc Ulusoy Pənah bəyin düşüncələrində problem olduğunu deyir

 

«Azərbaycanı Naxçıvanlaşdırma səyləri var. Orada bir eksperiment gedir. Onu da bura transfer etmək səyləri var. Məncə, bu da alınmadı. Bu onunla nəticələndi ki, naxçıvanlıların getməyə bir Azərbaycanı var. Burda yaşayanların isə gedəsi başqa yeri yoxdur».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında ölkədə baş verən ictimai-siyasi proseslərə münasibət bildirən Pənah Hüseyn deyib. Əvvəlcə AXCP-Müsavat partiyalarının birləşməsi barədə sualı cavablandıran siyasətçi deyib ki, hər şeyin çürüyünü çıxarmaq lazım deyil. Bu mövzunun da artıq çürüyü çıxıb: «Əvvəla, mövzu adamların zəhləsini tökməyə başlayıb. İkincisi, bu birləşməni istəyən adamlar varsa, artıq buna mane olan müstəviyə keçib. Və elə bil ki, qaşınmayan yerdən qan çıxarmaq kimi. Ya AXCP-dən olan, ya Müsavatdan olan nümayəndəyə müraciət edirlər və mütləq bir provakasyon işin tərəfinə toxunmaqla məsələnin ixtilaf tərəfini kökləməyə çalışırlar. Hazırda bu məsələnin bu şəkildə qoyulmasında ən çox maraqlı olan hakimiyyətdir».

P.Hüseynin «Azərbaycanı naçıvanlaşdırmaq istəyirlər» fikirlərinə münasibət bildirən əslən Naxçıvandan olan millət vəkili Fərəc Ulusoyun sözlərinə görə, P.Hüseynin Azərbaycanı naxçıvanlaşdırmaq səylərinin olması barədə açıqlaması cəfəngiyatdan başqa bir şey deyil: «Mən bütöv azərbaycançıyam. Azərbaycanın hər bir bölgəsi mənim üçün əzizdir. Bu məsələlərdə kim dar düşünürsə, deməli onun düşüncələrində problem var».

Ramil






21 Yanvar, 2011  15:46 Baxılıb: 2191 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner