Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Nisə Qasımova yenə ağladı

"Yoxluğu ilə heç cür barışa bilmirəm"

Təşkil olunan tədbirlərin birinə əməkdar artist, aktrisa Mehriban Xanlarova və ailəvi dostluq etdiyi bir gənclə birgə təşrif buyuran Azərbaycanın xalq artisti, tanınmış estrada müğənnisi Nisə Qasımova ön cərgədə yerini rahatlayıb sevənlərinin əhatəsində xoş vaxt keçirirdi. Sənətçi qonaqların səhnəyə çıxması və hərəsinin ayrı-ayrılıqda Nisə xanıma olan sevgilərini bəyan etmələri diqqətimizdən yayınmadı. Bəstəkar-müğənni, bomondun ən ekstravaqand siması hesab edilən əməkdar artist Elza Seyidcahanın çıxışı isə xalq artistinin ağlamasına səbəb oldu. Göz yaşlarına hakim ola bilməyən Qasımova səslənən "Həsrət nəğməsi"nin sədaları altında ağlayıb ürəyini xeyli boşaltdı. Əhvalındakı mənfi dəyişiklik Mehriban Xanlarovadan da yan keçmədi. O, da sənətkara baxıb xeyli kövrəli. Məkanı tərk etdiyi zaman az əvvəl fotolarını çəkdiyimizi bilən Nisə xanım özü Trend-ə açıqlama verib ağlamasına aydınlıq gətirdi. "Elzanın ifasına qulaq asanda anidən anam üçün darıxdım. Üç ilə yaxın vaxt keçib ki, o dünyasını dəyişib. Yoxluğu ilə heç cür barışa bilmirəm. Tanrı heç bir övlada valideyn itkisi yaşatmasın. Anam haqqında keçmiş zamanda danışmaq çox çətindir. Allah dünyasını dəyişib haqqa qovuşanlara rəhmət etsin", - Nisə Qasımova dedi.






21 Yanvar, 2011  15:04 Baxılıb: 1455 Çap

Bu bölmədə

3 Fevral, 2020
Al Paçino yıxılıb

XƏBƏR LENTİ







25 Oktyabr, 2020  23:08


24 Oktyabr, 2020  11:14



23 Oktyabr, 2020  11:17
















5 Oktyabr, 2020  16:37












28 Sentyabr, 2020  10:11



28 Sentyabr, 2020  09:26


18 Sentyabr, 2020  11:09

18 Sentyabr, 2020  09:52



17 Sentyabr, 2020  10:18

sagbanner