Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Xaçmazda 83 yaşlı kişi meşədə donvurmadan ölüb

O, bir neçə gün əvvəl itkin düşübmüş

Xaçmaz rayonunun meşəlik ərazisindən meyit tapılıb. Rayon prokurorunun vəzifələrini icra edən Fərahim Hüseynlinin ANS PRESS-in bölgə müxbirinə bildirdiyinə görə, bu barədə Prokurorluğa saat 09:45 radələrində polis şöbəsindən məlumat daxil olub.

Prokurorluğun və polis şöbəsinin əməkdaşları dərhal meyitin tapıldığı Xaspoladoba kəndindəki meşəlik əraziyə yollanaraq, ilkin araşdırmalara başlanılıb.

Məlum olub ki, meyit Quba rayonunun Aydınkənd kəndində anadan olan, Xaçmaz rayonu Dağıstan küçəsi 7 ünvanında yaşayan 83 yaşlı Məmmədsəfa Gülbala oğlu Mustafayevə məxsusdur. Meyitin xarici müayinəsi zamanı məlum olub ki, M. Mustafayev -2-3 dərəcə şaxtaya dözməyərək donvurmadan ölüb.

Daha sonra məlum olub ki, mərhumun oğlu Mehman bir neçə gün əvvəl polisə ərizə ilə müraciət edərək atasının 18 yanvarda evdən çıxdığını və bir daha geri qayıtmadığını bildirib. O, ərizəsində vurğulayıb ki, atası son zamanlar yaddaş pozulmasından əziyyət çəkirmiş. Yaddaşı pozulduğundan getdiyi yolu unudurmuş.

Hazırda faktla bağlı araşdırma aparılır.






20 Yanvar, 2011  21:41 Baxılıb: 1381 Çap

Bu bölmədə

5 Sentyabr, 2020
Bakıda ev yandı

XƏBƏR LENTİ








25 Oktyabr, 2020  23:08


24 Oktyabr, 2020  11:14



23 Oktyabr, 2020  11:17
















5 Oktyabr, 2020  16:37












28 Sentyabr, 2020  10:11



28 Sentyabr, 2020  09:26


18 Sentyabr, 2020  11:09

18 Sentyabr, 2020  09:52



sagbanner