Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

DOĞULDUĞUNDA ÖLƏN, ÖLDÜYÜNDƏ DOĞULAN ADAM...

Özünü dünyanın sərsərisi adlandıran şair illərcə özünə yoldaş axtardığını, öz halına belə heyrət edib.

Yeryüzünde yalnız benim serseri,
Yeryüzünde yalnız ben derbederim.
Herkesin dünyada varsa bir yeri;
Ben de bütün dünya benimdir derim.
Yıllarca gezdirdim hoyrat başımı,
Aradım bir ömür, arkadaşımı.
Ölsem dikecek yok mezar taşımı,
Halime ben bile hayret ederim.

Nəcib Fazil Qısakürək 1904-cü ildə mayın 25-də İstanbulda anadan olub. Nəcib Fazilin ilk müəllimi babası olub, 5 yaşında yazmağı, oxumağı öyrənib. Bacısının ölümündən sonra ailəsi üçün daha qiymətli olub. Nəcib Fazil xəstəxanada yatan anasının son istəyi olaraq, şair olmağa qərar verir.“Gözlərim xəstəxana otağının pəncərəsindən sovrulan qar və küləyə qarşı içimdən qərarımı verdim, şair olacam”- dedim.

Şairliyə 17 yaşındaykən, anasının arzusu ilə başlayıb və ilk şerlərini "Yeni Məcmuə"də dərc etdirib (1922). "Yeni Məcmuə" və "Yeni həyat " jurnallarında dərc olunan şeirləri ilə ictimaiyyətın diqqətini cəlb edib və özünə qarşı böyük maraq oyadıb. O dövrdə Nəcib Fazil “Kaldırımlar Şairi” kimi tanınırdı.

Bana düşmez can vermek, yumuşak bir kucakta;
Ben bu kaldırımların emzirdiği çocuğum!
Aman, sabah olmasın, bu karanlık sokakta;
Bu karanlık sokakta bitmesin yolculuğum!

Nəcib Fazil üçün 30 yaş dönüm nöqtəsi olub, buna qədər yaşadığını iki misra ilə ifadə edib:

Tam 30yıl saetim işlemiş, ben durmuşum,
Gök yüzünden habersiz uçurtma uçurmuşum.

1934-cü ildən etibarən şair üçün yeni bir pəncərə açılır və o təsəvvüflə tanışlıq dövrünə qədəm qoyur. Bu dövrdə şairin şeirləri universal olduğu qədər özünə inam və dünyagörüş fərqliliyi ilə seçilir. Şairin təsəvvüflə bağlı düşüncələri ustadı İbrahim Askı ilə tanışlığında və onun tövsiyə etdiyi kitablarla başlayır. Nəcib Fazilə görə, mütləq həqiqət Allahdır və onun şeirləri axtarışdan ibarətdir.
"Mütləq həqiqət Allahdır. Və şeirin – istər Ona inanan və istər inanmayan əlində, bilərək və bilməyərək, Onu axtarmaqdan başqa vəzifəsi yoxdur ".

O dövrdə meyxanə yerinə məscidə getməyi seçdiyi üçün digər ədəbiyyat nümayəndələri tərəfindən çox təsirlər görən şairin şeirləri gizlədilirdi. O, 1983-cü ildə mayın 25-də vəfat etməsəydi, yenidən həbs ediləcəkdi.

1932-də nəşr olunan “Mən və ötəsi” şeir kitabı şairin ən qiymətli şeirlərindən sayılır. Ziya Osman Saba bu şeir haqqında fikrini belə bildirir: “Necip Fazil bəlkə ən böyük türk şairi deyil, lakin onun yaradıcılığı türk ədəbiyyatının ən qüvvətli şeir kitabıdır”.

Müasir həyatın cəzbedici olmasına baxmayaraq, insan ruhu qaranlığa qərq olduqda, insanın əsl dostu Allahdır. İnsanın əzablarını ancaq onun nuru və hüzuru sakitləşdirəcək.

Büyük divan ve huzur,
Bekliyor mezarı Sur.
Sonsuzluk ölümsüzlük,
Bitmez tükenmez düzlük.
Nur bize Allahım nur!

Güneşi tuttu çamur,
Elmas mahcup zift mağrur.
Yakın kandili yakın,
Ne donanma ne yangın,
Nur bize Allahım nur!
Sen ol dersin ve olur!

Kakılır bir yerde kalır oyuncak
Kurgular biter
Ölüm… o geldi mi ne var korkacak?
Korkular biter
Diyen Necip Fazıl ile;

Ölümden ne korkarsın,
Korkma ebedi varsın.

Deyən şair Yunus Əmrə ilə eyni baxış və duyğuları iki fərqli formada ifadə edib.

Ustadın 1962-ci ildə nəşr olunan və bu günə qədər dəfələrlə ard-arda nəşr olunan “Çilə” adlı son şeir kitabında ölüm, ölümsüzlük, sonsuzluq mövzularına həsr olunmuş şeirlər yer alıb. Ölüm Nəcib Fazilin ən önəmli düşüncə mövzuları arasındadır.

Büyük randevu… Bilsem nerede, saat kaçta?
Tabutumun tahtası, bilsem hangi ağaçta?

Nəcib Fazılın şairliyi və yazıçılığı qədər əhəmiyyətli istiqaməti, çıxardığı jurnallardakı düşüncə, həyatımıza qatdığı zənginlik və bu jurnallardakı yazılarla davam etdirdiyi mübarizədir. Həftəlik Ağac jurnalı (1936,17 ədəd) dövrün məşhur ədəbiyyatçılarının toplandığı bir məktəb olub.

Sevgi və qadın bütün dünyada şairlərin ölməz mövzusudur. Bu mövzuya digər şairlərdən fərli olaraq fəlsəfi cəhətdən yanaşan şair “Gözləyən”, “Veda” kimi şeirlərini məhəbbət mövzusuna həsr edib.

Geçti istemem gelmeni,
Yokluğunda buldum seni,
Bırak vehmimde gölgeni,
Gelme artık neye yarar.

Sevgisiz qadının mənasız olduğunu düşünən Nəcib Fazil qadını gözəlləşdirənin onun sevgisi olduğunu bildirir. Sevgi olarsa, qadın bir başqa gözəlləşər və dünyanı da gözəlləşdirər. Axtarıb, gözlədiyi o qadını, şeytanın günahı gözlədiyi qədər böyük ümid və həsrətlə gözlədiyini söylədi. Şair şeirində gözəllikləri çoxaldacaq gözəlliklərdən danışdı:

Ne hasta bekler sabahı ,
Ne taze ölüyü mezar –
Ne de şeytan bir günahı,
Seni beklediğim kadar.

Bu həsrətin yaratdığı şeiri şair belə təqdim edir.

Ümidim yılların seline düştü
Saçının en titrek teline düştü
Kuru yaprak gibi eline düştü
İstersen rüzgara salıver gitsin!

Şairin qadınlar haqqında dediyi söz belədir:

Kadından kendisinde olmayanı isteriz,
Hasret yerinde kalır ve biz çekip gideriz.

Böyük Şərq jurnalında çıxan yazılarıyla İsmət Paşa və o dövrün tək partiyası olan CHP-nin rəhbərliyinə qarşı tənqidi düşüncələrinə görə, haqqında açılan çox sayda iddiada Necib Fazil Qısakürəyə yüzlərlə il həbs istəndi.

Türkiyə Anayasasının (kostitusiya) 163-cü maddəsinə zidd olan yazıları və bəzi bəhanələrlə bir neçə ildən bir həbsə məhkum edildi. Şairin “Cinnət Mustatili” adlı əsərində həbsxana xatirələri yer alır.

Həyatında tək doğrunun Allah olduğunu deyən şair Nəcib Fazil 1983-cü ildə doğulduğu gün – 25 may tarixində vəfat etdi.


Turanə Zeynallı






11 Mart, 2013  19:55 Baxılıb: 1353 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



23 Sentyabr, 2019  15:53

23 Sentyabr, 2019  15:41

23 Sentyabr, 2019  15:28



23 Sentyabr, 2019  11:35




23 Sentyabr, 2019  09:47

23 Sentyabr, 2019  09:38

23 Sentyabr, 2019  09:34

23 Sentyabr, 2019  09:31





21 Sentyabr, 2019  11:30



21 Sentyabr, 2019  10:15




20 Sentyabr, 2019  16:43

20 Sentyabr, 2019  15:54


20 Sentyabr, 2019  13:59


20 Sentyabr, 2019  13:10

20 Sentyabr, 2019  12:58






20 Sentyabr, 2019  11:05

20 Sentyabr, 2019  10:43


20 Sentyabr, 2019  09:26






19 Sentyabr, 2019  16:14

19 Sentyabr, 2019  15:44

sagbanner