Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Əli Həsənov Müsavat Partiyasına uzun ömür can sağlığı arzuladı

 

PA rəsmisi hesab edir ki,  müxalifəti göysatanlara bel bağlayır

 

 

“ Müsavat Partiyasının bu çətin vəziyyətindən istifadə edib onlar haqqında fikir bildirmək istəmirəm. Arzu edirəm ki, bu partiya özünü və bütövlüyünü qoruyub saxlaya bilsin”. Bu sözləri “Media forum” saytına müsahibəsində Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.   

Ə.Həsənovun sözlərinə görə,  Azərbaycanda islamı siyasiləşdirməyə cəhd göstərən qüvvələr var: “Əslində onlara hələlik qüvvə demək də olmaz. Hər halda müəyyən dairələr var ki, islamı siyasiləşdirməyə, islam adı altında, islam faktorundan istifadə etməklə insanları öz ətraflarına toplayıb siyasi hakimiyyətə gəlməyə cəhd edirlər. Onlar bu kontekstdə proseslərə təsir göstərmək istəyirlər. Bütün bunlar Azərbaycan Konstitusiyasına, qanunlarına ziddir. Azərbaycanda siyasi fəaliyyət azadlığı təmin olunub, lakin islamla siyasətin sərhədi, çərçivəsi də dəqiq müəyyən edilib. Ona görə də bu sərhədi keçən insanlar qanunla və qanun müdafiəçiləri ilə üz-üzə gəlməli olurlar. Bu məsələlərin Azərbaycanda siyasi partiyaların fəaliyyəti ilə əlaqələndirilməsinə gəlincə, mən burada ciddi əsas görmürəm. Hazırkı siyasi partiyalar nəinki islamdan, lazım olanda islamdan da o tərəfə keçib istənilən məsələdən hakimiyyətə qarşı istifadə etmək cəhdində bulunurlar. Hər halda onların indiyə qədərki fəaliyyətində sistemsizlik var. Hakimiyyətə nə pisdirsə, onlar üçün o, yaxşıdır. Hətta dövlətçiliyin əleyhinə çevrilmiş aksiyalar da antihakimiyyət xarakteri daşıyırsa, bizim müxalifət onu dəstəkləyir. Ona görə də onları hansısa ideologiyasına, fəaliyyət prinsiplərinə görə fərqləndirmək mümkün deyil. Azərbaycan müxalifətini, xüsusən də radikal müxalifəti birləşdirən ümumi bir məsələ var: onlar hakimiyyətə gəlmək üçün istənilən vasitəni məqbul hesab edirlər. Hətta təsəvvür edin ki, dünyanın hansısa bölgəsində baş verən hadisəni dərhal Azərbaycanla analoqlaşdırmağa, Azərbaycana uyğunlaşdırmağa çalışırlar. Azərbaycanda bu gün artıq Tunis variantından danışırlar. Bundan əvvəl Ukrayna variantından danışırdılar. Ondan əvvəl isə Gürcüstan, Qırğızıstan variantından söhbət gedirdi. Bu hallar Azərbaycan müxalifətini zəiflədən əsas cəhətlərdir”.

Ə.Həsənov həmçinin bildirib ki, Azərbaycan müxalifətini heç vaxt iqtidar zəiflətməyib, iqtidar müxalifəti ortadan çıxartmağa cəhd göstərməyib, bundan sonra da göstərməyəcək. Azərbaycan cəmiyyəti demokratik cəmiyyətdir. Biz siyasi partiyaları demokratik cəmiyyətin tərkib hissəsi, əsas institutları kimi qəbul edirik və onların fəaliyyəti üçün lazımi şərait yaradılır. Lakin partiyaların özlərinin fəaliyyətindəki sistemsizlik, prinsipsizlik sonda onları həqiqi mənada zəiflədir və insanlar onlardan üz döndərirlər. İnsanlar öz qurtuluşlarını, gələcəklərini, ictimai-siyasi fəaliyyətlərini başqa yönlü qurumlarda axtarırlar.

PA sözçüsü müxalifət və mətbuatın Tunis hadisələrinin Azərbaycanda təkrarlanması ehtimallarına da münasibət bildirib: “Mən buna heç bir zəmin görmürəm. Tunislə Azərbaycan arasında heç bir oxşarlıq yoxdur. Ona görə də bəri başdan Azərbaycan müxalifətini yandırmağa göysatan axtarmaq fikrindən çəkinməyə çağırıram. Hazırda Azərbaycan müxalifəti və onun funksionerləri tökülüb küçələrə özünü yandırmağa göysatan axtarırlar ki, bəlkə bu yolla Azərbaycanda hakimiyyətə gələ bildilər.

Bilirsiniz, demokratik cəmiyyət, demokratik dövlət quruluşu, demokratik fəaliyyət prinsipləri belə təsadüfi oxşarlıqları inkar edir və fəaliyyət belə təsadüfi faktlar üzərində qurula bilməz. Normal cəmiyyətlərdə seçki yolu ilə hakimiyyətə gəlmək bu gün qəbul olunmuş ən məqbul vasitə və yoldur. Biz Azərbaycanda yalnız demokratik seçki yolu ilə hakimiyyətə gələn qüvvələri dəstəkləyirik və onların fəaliyyətinə dəstək veririk. Başqa yollarla Azərbaycanda hakimiyyətə gəlmək ənənəsinə artıq 1995-ci ildən son qoyulub. Bu fikirdə olan insanlar artıq Azərbaycan cəmiyyətində öz arxalarında nəinki sosial dayaq, heç bir-iki nəfər də cəmləşdirə bilmirlər. Azərbaycan müxalifətinin son parlament seçkisindəki biabırçı məğlubiyyəti də onu göstərdi ki, Azərbaycanda vətəndaşlar radikalizmə birdəfəlik yox deyiblər.

Amma bununla bərabər biz öz hakimiyyətimizi, bugünkü idarəçiliyimizi ideal saymırıq. Bizim də səhvlərimiz ola bilər. Cəmiyyəti narahat edən bəzi məsələlər ətrafında fəaliyyətimiz tam dolğun olmaya bilər. Biz bunları araşdırırıq. Bunları bizə çatdıran mətbuata, müxalifət nümayəndələrinə həmişə təşəkkür etmişik və öz idarəçiliyimizin bu və ya digər neqativ proseslərini bütün vasitələrdən istifadə edərək araşdırıb aradan qaldırmağa çalışmışıq. Bax, buna deyərəm müxalifətçilik, opponentlik. Yoxsa hardasa və hansısa təsadüfi yolla nəyəsə nail olmaq, cəmiyyəti qarışdırmaq cəhdləri qəbuledilməzdir. Biz bu prosesi yaşayıb keçmişik.

 






20 Yanvar, 2011  18:07 Baxılıb: 2220 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






10 Yanvar, 2024  13:27













sagbanner