Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

3 AY BUNDAN ÖNCƏ TİKİNTİ İŞLƏRİ APARILAN MEHDİABAD-GÖRƏDİL YOLU NİYƏ DAĞILIB? – ARAŞDIRMA

.

Bakıda yollara yeni salnan asfalt örtükləri qısa zamanda dağılır. Bəzi qurumlar bunun günahını ağırtonnajlı maşınlarda görsələr də, əslində belə deyil. Yeni salınan asfaltların tez sıradan çıxması görülən işdə problemlərin olduğunu göstərir. Az öncə yeni salınan asfalt örtüyünün üzərində il ərzində təmir işləri aparılır.
Yolların asfaltlanması və tez bir zamanda dağılaraq il ərzində dəfələrlə təmir olunması əhalinin narahatlığına səbəb olur. Bəzi insanlar yolların tez dağılmasının əsas səbəbi kimi Prezidentin yolların təmir-tikintisi üçün ayırdığı pulların məmurlar tərəfindən mənimsənilməsində görür. Elə görüşdüyümüz Mehdiabad qəsəbəsinin və ətrafdakı kəndlərin sakinləri də bu fikirdədirlər.
Mehdiabad qəsəbə sakini Nüşabə Əliyeva yollarının pis vəziyyətdə olmasından şikayətlənir: “3 ay bundan əvvəl köhnə yollar təmir olunsa da, saldıqları asfalt uzunömürlü olmadı. Su və kanalizasiya xətləri çəkiləndə elə bildik ki, daha yol problemindən canımız qurtardı. Ancaq sonrada gördük ki, köhnə asfaltı qaşıyıb, 3-4 sm-li asfalt salırlar. Qazılmış yerləri də yarı-yarımçıq asfaltladılar. Düzəməlli asfalt olunmadığından heç 3 ay keçməyib ki, yollar bərbad vəziyyətə düşüb. İndi Mehdiabad-Görədil yoluna getsəniz dediklərimin həqiqət olduğunu görəcəksiniz. Yollarda iri çuxurlar, dağıntılar əmələ gəlib. Asfaltın keyfiyyəti aşağı olduğundan ovulub gedir”.
Sakinlərin şikayətini araşdırmaq məqsədi ilə “Azəryolservis” ASC-yə müraciət etdik, onlar məsələni araşdırdıqdan sonra məlum oldu ki, bu yola “Azəryolservis” nəzarət etmir.

Sonra Abşeron İcra hakimiyyəti ilə əlaqə saxlaqdıq, onlarda bu yolun Mehdiabad icra nümayəndəliyinin nəzarətində olduğunu, yol barədə ətraflı məlumatı onların verə biləcəyini açıqladılar.

Mehdiabad icra nümayəndəliyinin iş üzrə əməkdaşı Rəhilə xanım Simsar.az-a verdiyi açıqlamada şikayətçilərin narazılığına hörmət etdiyini bildirib. “O yola əvvəlcə su xətləri çəkildikdən sonra, nazik asfalt üzlüyü çəkilib, maşınların gediş-gəlişinə mane olmasın. Hazırda ağır tonlajlı maşınların hərəkəti yolu pis vəziyyətə salıb. Ona görə də, o yolda əsaslı təmir aprel ayından başlayacaq. Yəni sakinlərin narahatçılığı üçün heç bir əsas yoxdur, müvəqqəti çətinliyi olsa da, nəticədə çox gözəl yol salınacaq”.

Simsar.az olaraq Bakının nəqliyyat yollarının əksər hissəsinin aqibəti və yuxarıda deyilən vəziyyəti ilə əlaqədar “Azəryolservis” ASC-nin sədri, Milli Məclisin deputatı Cavid Qurbanova da sual ünvanladıq.

C.Qurbanov bu gün ölkədə yol tikintisinin sürətlə aparıldığını, yollarla bağlı problemlərin həlli üçün “Azəryolservis”-in çalışdığını bildirib: “Regionlarda tikinti işləri gedir, nəzərə almalıyıq ki, Azərbaycanda tikinti sahəsi yeni-yeni inkişaf edir. Azərbaycan yenidən tikilir, əlbəttdə ki, əyər-əskiyi olacaq. Bir yerdə ağır maşın olacaq, bir yerdə kanalizisiya xətlərində problem olacaq. Ölkənin tikinti inkişafı 20 il bundan qabaq başlayıb, müstəqillik əldə edəndən sonra. İlin sonuna qədər nəzərdə tutulub ki, yollar salınsın, düzəldilsin. Yolların salınmasında da müəyyən səhvlər olur, bu da böyük problemlər yaradır. Çalışırıq ki, insanlarımız üçün daha gözəl yollar salaq.






7 Mart, 2013  18:06 Baxılıb: 2321 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner