Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilintopbannerleft Pcc

SOSİAL

Azərbaycan İrana uduzur

Tibb ekspertləri  qonşu ölkənin səhiyyəsinin güclü olmasını bir neçə amillə izah edirlər

 

İran İslam Respublikası İslam İnqilabından sonra özünün bütün sahələrində, eləcə də tibb sahəsində ən yüksək inkişafına nail oldu. Təsadüfi deyil ki, Rusiya Türkiyə və Avropanın bir çox ölkələrində və digər inkişaf etmiş ölkələrdə müalicəsi tapılmayan bir çox xəstələr İranda öz müalicəsini tapır.

Ölkədə tibb müəssisələri xarici vətəndaşlara da öz qapılarını açıb.  İndi artıq ölkəmizdən İrana ürək, göz, böyrək, qaraciyər, beyin, ağciyər ortapedi, xərçəng xəstəliyinin müalicə məqsədi ilə gedən insanların sayı ildən ilə artır və onların hər biri İranın tibb ocaqlarında öz müalicələrini başa vuraraq böyük sevinclə öz vətənlərinə dönürlər.

Azərbaycandan bu əcnəbi ölkəyə müraciət edənlərin sayı niyə belə durmadan artır? Bizim ölkədə yuxarıda sadaladığımız xəstəlikləri müalicə edəcək kadr problemimi yaşanır, yoxsa hələ də müasir tibbi avadanlıqlarla işləməyi bacarmayan, Tibb Universitetindəki tələbəlik illərini yola verən həkim istehsalı ilə məşğuluq. 

İranda müxtəlif xəstəlikərlə bağlı müalicə alıb, şəfa tapan xəstələrin diliylə desək, burada yüksək səviyyədə qüsursuz müalicə imkanları onları bu ölkəyə getməyə vadar edən əsas faktordur. Xəstələr əsasən İranda müalicəyə ona görə üstünlük verirlər ki, həm qarantiyalıdır, həm də Azərbaycandakından dəfələrlə ucuzdur. Həmçinin İran apteklərindəki dərmanlar keyfiyyətilə seçilir. 

Bəs Azərbaycanda belə nailiyyətlərin, inkişafın əldə olunması üçün nə etmək lazımdır? Bu sualla bir neçə tibb mütəxəssisinə müraciət etdik.

Tanınmış həkim, professor Adil Qeybullanın sözlərinə görə,  ölkə vətəndaşlarının əcnəbi ölkələrə üz tutmasının əsas səbəbi maliyyə xərclərinin ucuz olması və kadr zəifliyidir : “Bütün dünyada əcnəbi ölkələrə axın edən xəstələrin sayı durmadan artır. Vətəndaşların Azərbaycandan İrana müailəcə üçün üz tutmasının bir neçə əsaslı səbəbləri var. Birinci səbəb, insanların Azərbaycan səhiyyə sisteminə və yerli həkimlərə inamsızlıqdır. Digər səbəb   maliyyə faktorudur. Ölkəmizdə dərman pereparatları baha, həkimlərin xərcləri yüksək olduğundan bir çoxları xaricə üz tutmağa üstünlük verirlər. Həmçinin İranda olan mütəxəssislər ABŞ, Almaniya və İngəltərə kimi ölkələrdə tibbi təhsil alıblar. Azərbaycan isə hələ də savadlı kadrların olmamasından əziyyət çəkir. Düşünürəm ki, bu sahədə islahatlara çox böyük ehtiyac var”.  

Həkim, ginekoloq Cəmilə Abbasovanın fikrincə isə  həmvətənlilərimizin əcnəbi ölkələrə, xüsusilə də İrana üz tutmasının səbəbi əvvəllər ölkəmizdə müalicəsi mümkün olmayan sonsuzluqla bağlıdır:  “Süni mayalandırma əvvəllər bizdə yox idi. Odur ki, əvvəllər İrana gedənlərin sayı onlarla idi. Ancaq indi ölkəmizdə süni mayalanmanı həyata keçirən həkimlərin sayı çoxdu və bu sahədə İrandan heç də geri qalmayan kadrlarımız mövcuddur. Ancaq  xəstələr arasında təbliğat zəif olduğundan yerli həkimlərə inamsızlıq var. Düşünürəm ki, ilk növbədə təbliğat güclü olmalıdır”.

 

Aynurə Həsənova

 





Aliexpress INT
19 Yanvar, 2011  20:40 Baxılıb: 1362 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

15 Dekabr, 2017  11:43




13 Dekabr, 2017  12:53

13 Dekabr, 2017  11:48





11 Dekabr, 2017  13:56

11 Dekabr, 2017  09:38

11 Dekabr, 2017  09:36

11 Dekabr, 2017  09:32


7 Dekabr, 2017  18:52









6 Dekabr, 2017  14:09


30 Noyabr, 2017  11:23



30 Noyabr, 2017  09:59

30 Noyabr, 2017  09:57

29 Noyabr, 2017  09:36

29 Noyabr, 2017  09:30



28 Noyabr, 2017  11:45

28 Noyabr, 2017  10:50








24 Noyabr, 2017  09:44

24 Noyabr, 2017  08:51

24 Noyabr, 2017  08:47