Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

III xaç yürüşünü dəf edən tarix yazmış hökmdar

Əyyubilər sülaləsinin ilk Hökmdarı Səlahəddin Əyyubinin ölümündən 119 il keçir.

Misir, Suriya, Yəmən, Hicaz və Fələstinin sultanı və Əyyubilər sülaləsinin ilk hökmdarı Səlahəddin Əyyubi 1138-ci ildə İraqın Tikrit şəfərində anadan olub. 
O, 1187-ci il oktyabrın 2-də Qüdsü səlibçilərdən azad edərək 88 il sürmüş xristian ağalığına son qoymuş və avropalıların III xaç yürüşünü dəf edib. Səlahəddin zaza, ərəb, kürd, fars, türk və ümumiyyətlə müsəlman mədəniyyətinin qəhrəmanı hesab olunur.
Səlahəddin Eyyubi təxminən 1138-ci ildə müasir İraqın Tikrit şəhərində doğulub, kiçik yaşlarında təhsilini davam etdirmək üçün Dəməşqə göndərilib. Onun atası Nəcməddin Əyyubi Baalbek əyalətinin əmiri idi. Səlahəddin on il ərzində Hələb və Mosulun səlcuqlu atabəyi olan Nürəddin Zənginin sarayında yaşayıb orada dinşünaslığı öyrənib. İbtidai hərbi təhsilini Nürəddin Zənginin sərkərdələrindən biri olan doğma əmisi Əsadəddin Şirkuhdan almış Səlahəddin, onunla Misirdə yaradılmış Fatimi xilafətinə qarşı döyüşlərdə iştirak edib. Nəticədə, o, 1169-cu ildə Misirin vəziri təyin edildi.
Misirin Səlibçilərdən müdafiəsi
Misirdə Səlahəddinin çiyinlərinə düşmüş əsas vəzifə ölkəni I Amalrikin başçılıq etdiyi Qüds səlibçi krallığına qarşı müdafiə etmək idi. Hamı Səlahəddinin bu vəzifədə uzun çəkməyəcəyinə inanırdı. Çünki ondan əvvəl Misirdə qısa müddət ərzində bir çox hökümət dəyişmişdi. Səlahəddin ətrafına Suriya sünnilərindən ibarət bir qrup şəxsi yığdığına görə Misir ordusuna nəzarət edə bilmirdi, çünki sonuncular əsasən şiələrdən ibarət idi. Onların (yəni şiələrin) maraqlarının əsas müdafiəçisi hesab olunan xəlifə Əl-Ədid 1171-ci ildə vəfat etdikdən sonra, taxta yeni Abbasi sülaləsinin nümayəndəsi olan Əl-Müstədi çıxdı ki, o da sünni idi. Səlahəddinin təkidi ilə, Bağdaddakı üləmalar cümə namazları zamanı artıq Əl-Müstədini vəsf etməyə başladılar. Artıq bütün Misirin hakimi olan Səlahəddin rəsmi olaraq hələ də Nürəddin Zənginin nümayəndəsi hesab olunurdu. Sonuncu da öz növbəsində Bağdadda oturan Abbasi xəlifəsinin hakimiyyətini tanıyırdı.
Misirin sultanı Səlahəddin Eyyubi
Səlahəddin Misirin iqtisadiyyatını canlandırıb, ölkənin ordusunu təkmilləşdirdi. Atasının tövsiyələrinə qulaq asaraq, özünü Nürəddin Zəngi ilə hər hansı münaqişədən qoruya bildi. Yalnız Nürəddin Zəngi 1174-cü ildə vəfat etdikdən sonra, Səlahəddin ciddi hərbi əməliyyatlara başladı: əvvəlcə kiçik müsəlman dövlətlərinə, sonra isə səlibçilərə qarşı.
İndi Səlahəddin artıq Misir sultanı adını daşıyırdı. Bununla o, yeni Əyyubi sülaləsinin əsasını qoyaraq, sünnü İslamını Misirin əsas dini elan etdi. Səlahəddin öz torpaqlarını qərbə tərəf genişləndirməyə başladı. Əmisi Əsadəddin Şirkuhun Fatimi tərəfdarlarının Nil çayıboyunca üsyanını yatırmasından istifadə edən Səlahəddin Qırmızı dənizi keçərək Yəmənin işğalına yollandı. Sünni İslamında Səlahəddin Vəliyullah adını daşıyırdı ki, bu da "Allaha yaxın olan şəxs" deməkdir.
Səlibçilərə qarşı mübarizə
Xristianlara qarşi apardığı amansız mübarizəyə baxmayaraq, Səlahəddin Avropada mərd cəngavər şöhrətini qazanıb. Onun şöhrəti o dərəcəyə çatmışdı ki, onun haqda epos yazılıb və hətta dahi italyan şairi Dante Aligeyri onu cəhənnəmin xeyirxah dinsizlərin yaşadığı guşəsində təsvir edib. Səlahəddin həmçinin V Skotun 1825-ci ildə yazdığı Tilsim əsərində də müsbət şəkildə göstərilib. Səlibçilərin 1099-cu ildə Qüdsü işğal etdikdən sonra törətdikləri vəhşiliklərə baxmayaraq, Səlahəddin girovpulunu ödəyən sıravi katolikləri və hətta xristian döyüşçülərini əfv etdi. Yunan pravoslav məzhəbinin tərəfdarları ilə daha yaxşı rəftar olunurdu. Çünki onlar səlibçilərə qarşı çıxış etmişdilər. Səlahəddin və onun yaşadığı dövr haqqında maraqlı məlumat Tariq Əlinin müəllifi olduğu Səlahəddinin Kitabı romanında verilir.

Səlahəddin Eyyubi 1193-cü ildə martın 4-də Dəməşqdə vəfat edib.

Turanə






4 Mart, 2013  15:21 Baxılıb: 3098 Çap

Bu bölmədə


XƏBƏR LENTİ


18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18



12 Yanvar, 2024  15:27


12 Yanvar, 2024  14:14






sagbanner