Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Birliyi kim pozdu - İsa Qəmbər yoxsa, Əli Kərimli?

 

Məlumatlara görə, başqanın namizədlik təklifi AXCP sədri tərəfindən qəbul olunmadığı üçün birlik alınmayıb

 

 

AXCP ilə Müsavat Partiyası arasında birləşmə ilə bağlı aparılan müzakirələrin nəticəsiz olmasının günahı bir çox hallarda ikincinin üzərinə atılır. AXCP-nin sonuncu qurultayında «birləşmə» qərarı önə çəkilərək bildirilir ki, Müsavat Partiyasının başqanı İsa Qəmbər verdiyi sözün üstündə durmayaraq seçkidən sonra fikrini dəyişib. Guya AXCP ilə birləşmədiyi üçün Müsavat Partiyasının bir neçə funksioneri partiyadan istefa verib. Əldə etdiyimiz məlumatlara görə, birliyin baş tutmamasının səbəbkarı heç də İsa Qəmbər olmayıb. Sonradan inkar etsə də AXCP ilə bir ad altında birləşmək ideyasının müəllifi İsa Qəmbərin olduğu hər kəsə məlumdur. Təbii ki, başqan ideyanı şərtsiz-filansız irəli sürülməyib. Məlumatlara görə, İsa Qəmbər təklif edib ki, birləşmiş partiyanın başqanı Əli Kərimli, 2013-cü il prezident seçkisində vahid namizəd isə özü olsun. Bu təkliflə Ə.Kərimlinin razılaşmadığı qeyd olunur. Görünür AXCP sədri hesab edir ki, növbəti prezident seçkisi üçün müxalifətin real namizədi elə onun özüdür. Digər müxalifət liderləri isə bundan öncəki prezident seçkilərində iştirak edib və məğlubiyyətə uğrayıb. Ə.Kərimlinin İ.Qəmbərin namizədliklə bağlı təklifini qəbul etməməsi sonuncudun birləşmək fikrindən vaz keçməsinə səbəb olub. Amma AXCP sədrinin müavini Fuad Qəhrəmanlı müzakirələrdə 2013-cü il prezident seçkisində kimin namizəd olmasının müzakirə edilmədiyini deyir: «Namizədlik məsələsi müzakirə olunmayıb. Bununla bağlı partiya sədrləri arasında hansısa müzakirələrin aparıldığını isə deyə bilmərəm. Məncə nə İsa Qəmbər AXCP sədrinə belə bir təklif edib, nə də AXCP sədri bundan imtina edib. AXCP birləşmə ilə bağlı öz qərarını verib. Biz Müsavat Partiyasının qurultayının qərarını gözləyirik. Qurultayda hansı qərar qəbul olunsa ona uyğun qərarımız olacaq».

RUSLAN






19 Yanvar, 2011  16:35 Baxılıb: 2204 Çap

Bu bölmədə


XƏBƏR LENTİ






19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18


sagbanner