Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Bu gün dünya azərbaycanlıları həmrəylik gününü bayram edirlər

Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik günüdür. Dekabrın 31-i artıq 19 ildir ki, Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi qeyd olunur.

 

Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq prosesində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü bayramı dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. SSRİ-nin süqutunun son dönəmində Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların sərhədə yürüşü, tikanlı məftilləri qırıb dağıtması iki totalitar dövlətin ciddi təzyiqlərinə baxmayaraq, o taylı-bu taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı, azərbaycanlıların bir millət olduğunu dünya miqyasında bir daha canlandırdı. Həmrəylik günü bu birləşmək məqsədinin simvolik nişanıdır.

 

Qeyd edək ki, Dünya Azərbaycanlılarının Həmrəylik gününün əsası 1989-cu il dekabrın sonlarında Naxçıvanda SSRİ-İran sərhədlərinin dağılması zamanı qoyulub. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik günü elan edib.

 

Daha sonra 1993-cü ildə Azərbaycan Respublikası prezidenti Heydər Əliyevin fərmanı ilə 31 dekabr tarixi rəsmi olaraq dövlət bayramı - Dünya Azərbaycanlılarının Həmrəylik günü elan olunub. O vaxtdan bütün azərbaycanlılar üçün əziz olan 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü olaraq bayram edilir.

 






31 Dekabr, 2010  22:02 Baxılıb: 1428 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



24 Yanvar, 2020  13:56







23 Yanvar, 2020  14:43

23 Yanvar, 2020  14:31



23 Yanvar, 2020  09:46

23 Yanvar, 2020  09:26






22 Yanvar, 2020  15:11

22 Yanvar, 2020  13:24


22 Yanvar, 2020  12:05






21 Yanvar, 2020  14:54

21 Yanvar, 2020  13:21


21 Yanvar, 2020  11:31

21 Yanvar, 2020  11:17

21 Yanvar, 2020  10:39

20 Yanvar, 2020  09:57




18 Yanvar, 2020  12:08





17 Yanvar, 2020  16:15

17 Yanvar, 2020  15:22




sagbanner