Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

640 MİLYON DOLLAR BİR STADİON ÜÇÜN ÇOX DEYİL? – ARAŞDIRMA

“Rəqəmlər, məbləğlər elə şeylərdir ki, bunlarla bağlı...”

2015-ci ildə Bakıda keçiriləcək Avropa Olimpiya oyunlarına hazırlıq davam edir. Oyunlar üçün tikiləcək Olimpiya stadionunu 1996-cı ildən fəaliyyət göstərən və Azərbaycanda bir çox proyektə imza atan “Tekfen” şirkəti tikəcək. Stadionun tamaşaçı tutumu 68 min nəfər olacaq. Bununla əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə rəsmi müqavilə imzalanıb. Stadionun tikintisi üçün ayrılan məbləğ açıqlandıqdan sonra isə bunun nə az, nə çox 640 milyon dollar olduğu ortaya çıxdı. Bu məbləği “Tekfen İnşaat” öz saytında yazdı.

Məbləğ bizə çox göründü və bir az axtarış aparan kimi şübhələrimizin əsassız olmadığı üzə çıxdı. Son dövrlər tikilən bir sıra müasir arenaların inşasına xərcənən vəsiti araşdırdıqda qarşımıza çıxan nəticələr həqiqətən də, bizdəki rəqəmin onlardan çox fərqləndiyini ortaya qoydu. Belə ki, “Fənərbaxça”nın ev oyunlarını keçirdiyi Şükrü Saraçoğlu – 70 mln. avro, “Qalatasaray”ın yeni tikilən “TT Arena”sı - 150 mln. avroya başa gəlib Bu ildən tikintisi start götürəcək yeni “İnönü” proyektinin dəyəri isə 120 mln. avrodur. Hətta, həmin bu “Tekfen” şirkətinin bir neçə il öncə tikdiyi “Atatürk Olimpiya stadionu” belə cəmisi 75 mln. avroya başa gəlib. Avropanın ən mükəmməl dizaynla tikilən “Bayern Arena”sı da cəmi, 341 mln. avroya hasil olub ki, bu rəqəmin belə bizim proyektə çatması üçün demək olar ki, üstünə bir o qədər də gəlmək lazımdır. Yəni, bizim proyekt ən bahalılardan olan “Bayern Arena”dan belə iki dəfə möhtəşəm olacaq?!

Məsələyə münasibət bildirməsi üçün “Tekfen” şirkətinin Bakı ofisi ilə əlaqə saxladıq. Şirkətdən bizə bildirdilər ki: “Biz sadəcə podratçı şirkətik. Qabağımıza hazır rəqəmlər qoyulur. Biz işi görürük. Tikintiyə, onun keyfiyyətinə, obyektin vaxtında təhvil verilməsinə və s. cavabdehik. Rəqəmlərlə, müqavilə ilə bağlı məsələlər üçün SOCAR-a müraciət edin.

Bundan sonra SOCAR-ın Kapital qoyuluşu şöbəsilə saxladıq. Bir neçə cəhddən sonra bizi Elçin müəllimlə əlaqələndirdilər. Elçin müəllim, israrla vurğuladı ki, mən buna bu şəkildə cavab verə bilmərəm. Belə səlahiyyətim yoxdur. Daha sonra bizə məsləhət də verdi: “Rəqəmlər, məbləğlər elə şeylərdir ki, bunlarla bağlı mütləq rəsmi şəkildə məktub yazıb idarəyə müraciət etmək lazımdır. Yəqin ki, sizə rəsmi cavab verəcəklər”.

Biz indiyə kimi bu “yəqin ki”ləri çox eşitsək də, məsələni daha dərindən araşdırmağa çalışacağıq. Sonda onu da deyim ki, məsələyə münasibət bildirməsi üçün bir neçə idman jurnalisti ilə də əlaqə saxlasaq da onlar müxtəlif bəhanələrlə fikir bildirməkdən çəkindilər.
Ardı var…

Aqşin İbrahimi






1 Mart, 2013  21:28 Baxılıb: 2970 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


22 Yanvar, 2024  14:42


17 Yanvar, 2024  14:18

sagbanner