Hacıqabul rayonunda yanğın hadisəsi baş verib.
Hadisə bu gün səhər saat 05.00 radələrində Hacıqabul şəhərindəki Heydər Əliyev prospektində yerləşən inzibati binanın otaqlarından birində qeydə alınıb. Nəticədə otaqda olan gözətçi, Abşeron rayonu Xırdalan şəhərində qeydiyyatda olan, 1940-cı il təvəllüdlü Mütəllimov Saday Vahab oğlu ciddi yanıq xəsarəti alıb. O, ağır vəziyyətdə 2-ci və 3-cü termik yanıq diaqnozu ilə Hacıqabul Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.