Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

Məşədi Fatimə rəqqasəlikdən getmək istəyir – FOTO

Tanınmış rəqqasə Fatimə Fətəliyeva bu günlərdə İranın Xorasan vilayətində yerləşən Məşhəd şəhərində İmam Rzanın məzarını ziyarət edərək Məşədi xanım adı alıb.

Trend-ə açıqlamasında müqəddəs ziyarətinin təəssüratlarını bölüşən Fatimə sevincini bu sözlərlə izah etməyə çalışıb: “Allahdan ən böyük arzumdur ki, hər bir müsəlmana bu müqəddəs torpaqları ziyarət etmək qismət olsun. Artıq məni Fatimədən çox, Məşədi xanım kimi çağırırlar. Həmişə arzuladığım bu ziyarəti gerçəkləşdirdiyim üçün çox xoşbəxtəm”. Söhbət əsnasında rəqqasə etiraf etdi ki, o, sevdiyi sənəti ilə vidalaşmaqdan ötrü Allaha dualar edir: “Bəlkə də bu sözlərim çoxlarına qəribə gələ bilər. Amma hər zaman Tanrıya dualar edəndə deyirəm, üzümə elə bir qapı açılsın ki, mən daha rəqqasəlik etməyim. Başa düşürəm ki, Allahıma daha yaxın olmaqdan ötrü bu sənətdən mütləq uzaqlaşmalıyam. Tam səmimiyyətimlə deyirəm ki, getmək istəyirəm səhnədən”.

Fatimə Məşhəd ziyarəti zamanı İranın paytaxtı Tehranda yerləşən klinikalardan birinə baş çəkdiyini də gizlətməyib: “Qızım Aydanın səhhətində kiçik problemlər yaranmışdı. Ziyarətimizi tamamladıqdan sonra Tehranda klinikada onu həkim müayinəsindən keçirdik. Allaha min şükür ki, səhhətində elə bir qorxulu şey yox idi. Allah-Təala Aydanımın timsalında bütün övladları saxlasın! Və hər birimizin ürəyində dinimizə olan imanımızı daha kamil etsin! Amin!”.

Milli.Az












































28 Dekabr, 2010  21:29 Baxılıb: 1397 Çap

Bu bölmədə


XƏBƏR LENTİ




22 Yanvar, 2020  15:11

22 Yanvar, 2020  13:24


22 Yanvar, 2020  12:05






21 Yanvar, 2020  14:54

21 Yanvar, 2020  13:21


21 Yanvar, 2020  11:31

21 Yanvar, 2020  11:17

21 Yanvar, 2020  10:39

20 Yanvar, 2020  09:57




18 Yanvar, 2020  12:08





17 Yanvar, 2020  16:15

17 Yanvar, 2020  15:22




17 Yanvar, 2020  13:51


17 Yanvar, 2020  11:02

17 Yanvar, 2020  10:35









16 Yanvar, 2020  09:21

15 Yanvar, 2020  17:38




sagbanner